Yuxarı

Gözlər Türkiyə və İranda: islam dünyası birləşəcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin paytaxtın Qüdsə köçürülməsi ilə bağlı qərar verməsindən və ABŞ-ın bunu dəstəkləməsindən sonra Qüds ətrafında proseslərin kəskinləşəcəyi bəlli idi. Bütün bunların kifayət qədər ciddi toqquşmalara, qarşıdurmalara səbəb olacağı və yeni geosiyasi münaqişə ocağının alovlanacağı da gözlənilirdi. Hazırda biz bunun şahidi olmaqdayıq.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, ərəb ölkələri, Türkiyə və İranın Qüds məsələsində nə dərəcədə bir araya gəlib, vahid mövqe sərgiləyəcəyi hələ müəmmalıdır:

"Ələlxüsus ərəb ölkələrinin öz aralarında bu məsələ ilə bağlı nə dərəcədə konkret, vahid bir mövqe ortaya qoyacaqları maraqlıdır. Çünki Qətər böhranından sonrakı dönəmdə ərəb ölkələrinin öz daxilində də müəyyən fikir ayrılıqları olduğu ortaya çıxdı. Bu fikir ayrılıqları İsrailə münasibətdən tutmuş ABŞ-ın Yaxın Şərq siyasətinə qədər, bir çox məqamlarda özünü göstərir.

Digər tərəfdən, burada İran faktoru var. Çünki İran Qüds və Fələstin məsələsini hər zaman özü üçün prioritet hesab edib. Ümumiyyətlə, 1979-cu il islam inqilabından sonra İran öz xarici siyasətini iki əsas ideoloji istiqamətdə qurub: şiə inqilabının ixracı və Fələstin problemi".

Analitikin sözlərinə görə, İranın xarici siyasət kursunun bu iki istiqaməti antiisrail və antiqərb mövqeyinin sərgilənməsində birləşir:

"Bu mənada baş verən proseslərdə əslində maraq İranı bu hadisələrdən sıxışdırmaqdır. Çünki əksi olsa, İran öz mövqelərini daha da möhkəmlədə bilər. İranda hər Ramazanın sonunda "Qüds günləri" keçirir. İran bundan hər zaman maksimum dərəcədə öz təbliğatı, reklamı və ideoloji platformasının möhkəmləndirilməsi istiqamətində istifadə edir. Bu mənada qarşıdakı günlərdə ərəb ölkələri və İranın Qüds məsələsinə görə mövqelərinin yaxınlaşıb-yaxınlaşmayacağı sual altındadır".

Analitik qeyd edib ki, Türkiyə də hər zaman Fələstin məsələsinə həssas yanaşıb:

"Mövcud Türkiyə iqtidarı bu problemi dəfələrlə qabardıb. İstər İsrailin Qüdsü paytaxt elan etməsinə, istər ABŞ-ın öz səfirliyini Qüdsə köçürmə qərarına Türkiyə açıq şəkildə təəssüfləndiyini və bunların doğru qərarlar olmadığını bildirmişdi. Bu mənada Türkiyənin də növbəti mərhələlər üçün hansı addımlar atacağı xüsusi əhəmiyyət kəsb edir. Hazırda ərəb ölkələri, ərəb ölkələrinin daxilindəki müəyyən qarışıqlıqlar, ziddiyyətlər, İran və Türkiyə faktoru bütövlükdə islam aləminin Qüdslə bağlı mövqeyinə ciddi təsir edən amillərdir. İslam sivilizasiyasının kifayət qədər həssas olan Fələstin məsələsinə nə dərəcədə münasibət bildirəcəyi qarşıdakı günlərdə məlum olacaq".

Qeyd edək ki, dünəndən etibarən fələstinlilər Qüdsdə ABŞ səfirliyinin açılmasına qarşı etirazlara başlayıblar. Etirazlar nəticəsində 59 fələstinli ölüb, 2700-dən çox insan yaralanıb.

Olayla bağlı İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclası çağırılıb.

Tarix
2018.05.16 / 09:25
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla