Yuxarı

Alpinistlərin birgə səfərinin hədəfi bu idi - Əhmədov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 25-də bizə xəbər gəldi ki, dağçılarla əlaqə kəsilib. Dedik ki, bircə gün gözləyək, çünki kəskin hava şəraiti zamanı dağçılıqda şəbəkədə bəzi problemlər olur. Lakin baxdıq ki, bir xəbər yoxdur. 26-da qərar verib könüllü dəstə yaratdıq və birgə Xınalığa yola düşməyə qərar verdik. Artıq ayın 27-də biz orda idik.

Bunu Report-a açıqlamasında Şəmkirdə dəfn olunan alpinist Namin Bünyatzadənin dostu, "Everest Dağçılar" İdman Klubunun dağçısı Turan Əhmədov deyib. Onun sözlərinə görə, əsas çətinliklər hava şəraiti ilə bağlı yaranıb:

"Alpinistlərin orda olduğu gün hava qəflətən dəyişib. Böyük ehtimalla bu zaman da onlar orda çadır quraraq havanın düzəlməsini gözləyiblər. Nə baş veribsə, həmin çadırda gözlədikləri zaman baş verib. İlk gündən ehtimal olunurdu ki, qar uçqununda qalıblar. Normalda qar uçqunundan təxmini 1 saat içində xilas olmaq mümkündür. Bu o halda mümkündür ki, yaxınlıqda kimsə olub onlara köməklik etsin. Təssüflər olsun ki, onlara köməklik edən kimsə olmayıb. Biz orda axtarışda olan zaman azı bir iz axtarırdıq, lakin qar bütün izləri itirmişdi".

Tural Əhmədov məhz bundan sonra artıq onlarda ümüdsüzlük yarandığını bildirib:

"Ümidlər sadəcə ona var idi ki, onlar başqa yerdə olar və ya başqa bir hadisə baş verib. Lakin qar uçqununu düşündükdə ümidimüz az idi. Cəsədlər tapılmayana qədər bir möcüzə gözləyirdik, lakin acı xəbəri eşitdik..."

O, dostu Naminin alpinist yoldaşları ilə birgə xaricə getməyi planlaşdırdığını da deyib:

"Onlar xaricə getmək üçün xüsusi hazırlıq keçirlərmiş. Buna görə dağa birlikdə gediblər. Yani onların birlikdə olmasının başqa bir xüsusi səbəbi olmayıb. Azərbaycan ərazisində bu cür hadisə ilk dəfə idi baş verirdi. Düşünürəm ki, bu, artıq dağçılar üçün bir örnək olar və belə səfərlərə daha diqqətli və ehtiyatla yanaşarlar".

Tarix
2018.05.17 / 23:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla