Yuxarı

İran bu gün Türkiyədə aktivləşəcək: ümumi maraqlar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün hallarda Türkiyənin Qüds məsələsində tutduğu mövqeyə AB ölkələri tərəfindən müəyyən dəstək hiss olunmaqdadır. Türkiyənin bu mövqeyində israrlı olacağını proqnozlaşdırmaq olar.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, Avropa İttifaqı da burada gedən proseslərlə bağlı öz narahatlığını bildirib:

“Hazırda Türkiyə və İsrail arasında münasibətlərin gərginləşməsi iki ölkə arasında diplomatik əlaqələrin kəsilməsinə gətirib çıxara bilər. Mətbuatdan daxil olan məlumatlara əsasən deyə bilərik ki, İsrail tərəfi Türkiyə ilə bütün iqtisadi əməkdaşlıqla bağlı olan planlarını təxirə salır. Hətta İsrail rəsmiləri Türkiyədə istirahət etməyi planlaşdıran insanlara bu ölkəyə getməməklə bağlı xəbərdarlıq edirlər. Ola bilər ki, yaxın müddətdə hər iki ölkənin diplomatik nümayəndəlikləri, ümumiyyətlə, işləri dayandırsın. Diplomatik əlaqələrin tam kəsilməsi isə çox mürəkkəb prosedurdur”.

Politoloq vurğulayıb ki, əgər Qəzzada vəziyyət gərginləşsə, bu baş verəcək:

“Hətta Netanyahu ilə Avropa ölkələri liderlərinin söhbətlərindən belə bəlli olur ki, təkcə Türkiyə yox, digər ölkələr də Fələstin məsələsinə həssas yanaşır. Ərdoğan Merkellə arasında olan telefon danışığı zamanı kansleri və onun həmkarlarını da sabah keçirilməsi planlaşdırılan sammitə dəvət edib. Doğrudur, onların bu sammitdə iştirak edəcəyi inandırıcı görünmür”.

Politoloqun sözlərinə görə, bu gün keçiriləcək sammitdə İranın fəal iştirakı mümkündür:

“Suriya məsələsində Türkiyə və İranın məqsədləri üst-üstə düşmür. Amma bu ölkələrin Suriyada İsrailə qarşı hərəkətlərini koordinasiya edəcəyini istisna etmək olmaz”.

Qeyd edək ki, bu gün Türkiyədə İƏT-in Qüdslə bağlı fövqəladə toplantısı keçiriləcək.

Tarix
2018.05.18 / 08:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla