Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 May 2018


Prezidentin Naxçıvandan İrəvana mesajı: Ordu hazırdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər Ermənistandan Azərbaycana hansısa təhlükə yaranarsa, o zaman Ermənistan ərazisində əməliyyat aparmaq hüququna malik olacağıq.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Naxçıvana səfərini şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, son zamanlar erməni tərəfi Naxçıvanda Azərbaycan hərbi birləşmələrinin güclənməsindən narahatdır:

“Xüsusilə də Naxçıvanda görülən hərbi quruculuq işlərində Türkiyənin yaxından iştirakı düşməni qorxuya salıb. Hətta Ermənistanın hərbi siyasi rəhbərliyi bir müddət öncə belə bir rəy yaratmağa çalışırdı ki, guya Türkiyə regionda hərbi mövcudluğunu artırır və bu da Rusiyanın maraqlarına toxunur. Ermənistandakı dairələr Rusiyanın diqqətini bu məsələyə çəkməyə və bununla da Moskvanın müəyyən reaksiya verməsinə çalışırdılar. Ermənistan Rusiyanın əli ilə növbəti dəfə Türkiyəni bu proseslərdən çəkindirmək məqsədi güdürdü. Düşmənin Naxçıvanla bağlı planı baş tutmadı. Azərbaycan hərbi, siyasi və texniki məsələləri hər zaman Türkiyə ilə koordinasiya edir. Ancaq Prezidentin Naxçıvana səfəri göstərir ki, Azərbaycanın bölgədəki qüvvələri kifayət qədərdir və əlavə qüvvələrin gətirilməsinə ehtiyac duyulmur”.

Politoloq hesab edir ki, ölkə rəhbərinin bu səfəri özlüyündə həm də düşmənə bir mesaj idi:

“Naxçıvandakı hərbi quruculuq işləri nəinki bölgənin müdafiəsinə, hətta təhlükə yaranacağı təqdirdə əks-hücum istiqamətində də hərəkət etməyə imkan verir. Azərbaycan həm texniki, həm də şəxsi heyətin hazırlığı baxımından uğurlu əks-hücum əməliyyatına hazırdır. Azərbaycan öz qüvvələrinə tam güvənir və bütün lazımı hərbi məqsədlərinə çatması üçün kifayət qədər silah-sursatı var. Paşinyan hərbi əməliyyatlar başlayarsa, Ermənistanın qondarma Dağlıq Qarabağa hər cür yardım edəcəyini bildirib. Əgər Ermənistandan Azərbaycana hansısa təhlükə yaranarsa, o zaman Ermənistan ərazisində əməliyyat aparmaq hüququna malik olacağıq”.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 16-da Naxçıvanda bir sıra layihələrin açılışını edib. Naxçıvan Müəllimlər İnstitutunun kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə çıxışı zamanı dövlət başçısı Naxçıvan ordusunun böyük qüvvəyə malik olduğunu və düşmənin istənilən təxribatının qarşısını ala, eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə biləcəyini vurğulayıb.

Tarix
2018.05.18 / 07:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Paşinyanın Bakıya ermənisayaq cavabı - Ekspert

Vaşinqton cənub qonşumuzdan nə istəyir? – Hədəf

ABŞ konqresmenindən ADR ilə bağlı - Bəyanat

On altı icra hakimiyyəti orqanında ictimai şura yaradıldı

Nazir 4 vəzifəli şəxsi işdən çıxardı

Gömrük sədri AB nümayəndəsi ilə görüşdü – Foto

Biz Putinlə Qarabağı müzakirə etdik - Paşinyan

ABŞ-dakı Azərbaycan diaspor təşkilatları bəyanat yaydı

Paşinyan Bakıya qarşı təxribat törətdi – Sərt cavab…

Doyl qəhrəmanının iti kimi Paris küçələrində…

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla