Yuxarı

Kim Çenə Çin təsir edir: Trampın şok hədəsinin – Səbəbi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Trampın seçkiqabağı kampaniyasında əsas istiqamətlərdən biri məhz Şimali və Cənubi Koreyanın birləşməsi, nüvə proqramının həlli və İran məsələsi idi.

Bu sözləri Axar.az-a açıqlamasında Şimali Koreya ilə bağlı müzakirələrin uğurla getdiyi təsəvvürü yarandığı bir məqamda ABŞ-Cənubi Koreya hərbi təlimlərinə etiraz olaraq Pxenyanın 16 mayda Cənubla görüşdən imtina etməsi və ABŞ-la sammitin təxirə salınması barədə hədəsi, D.Trampın isə Kim Çenə “Qəzzafinin aqibətini” xatırlatmasını şərh edən politoloq Arzu Nağıyev bildirib. Onun sözlərinə görə, bu gün demək olar ki, İrana qarşı ABŞ-ın hərtərəfli təzyiq vasitəsi var:

“Şimali Koreya məsələsində də demək olar ki, razılığa gəlinmişdi. Cənubi və Şimali Koreya rəhbərləri bir-biri ilə görüşdü. Ancaq bu razılaşmanın alınmasını istəməyən dövlətlərdən biri Çindir. Çünki əgər Şimali və Cənubi Koreya birləşsə, eyni zamanda, nüvə proqramına son qoyulsa, artıq avtomatik olaraq, ABŞ hərbi bazaları Çinə yaxınlaşa bilər. Burada Rusiya faktorunun olduğunu da deyə bilərik. Yəni Şimali Koreya liderini başa salmağa çalışırlar ki, burada əsas məram məhz Cənubi Koreya vasitəsilə tam şəkildə NATO-ya uyğun bir dövlətin qurulmasıdır. Digər tərəfdən, ABŞ Şimali Koreyada rejimin dəyişdirilməsi üçün də çalışacaq. Buna görə də Şimali Koreya belə məsələlərdən ehtiyatlanır”.

Politoloq vurğulayıb ki, Şimali Koreya və ABŞ-ın maraqları üst-üstə düşəndən sonra onlar danışıqlara da gedəcək, bir mövqedən də çıxış edəcək:

“Bir il bundan öncə heç kim deyə bilməzdi ki, Şimali Koreya və ABŞ danışıqlara gedə bilər. Məlum məsələdir ki, bu gün ABŞ-ın xarici siyasətində düşmən obrazında olan dövlətlərdən biri də Şimali Koreyadır. Ümumi maraqlar və detallar açıqlanandan sonra yenə müəyyən addımlar atılacaq. Lakin baş verənlər hələ o demək deyil ki, ABŞ və Şimali Koreya arasında bütün qırmızı xəttlər keçilib. Görüşün baş tutması üçün lazım olan detallar hazırlandıqdan sonra siyasi qərar qəbul etmək üçün liderlər görüşməlidir. Ona görə görüşün baş tutması istisna edilmir və tərəflər hələ bundan imtina etməyib”.

Politoloq Elxan Şahinoğlu isə görüşün təhlükə altına düşməsinə səbəbin Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun Şimali Koreya ilə bağlı çox sərt açıqlamalar verməsi olduğunu bildirib:

“O, Şimali Koreyanın Liviya kimi nüvə silahından imtina etməli olduğunu deyib. Amma Liviya nüvə silahından imtina edəndən sonra dağıldı və lideri də qətlə yetirildi. Bu açıqlamanın Şimali Koreya liderinin xoşuna gəlmədiyi aydındır. Ona görə də o, görüşün baş tutmayacağı ilə ABŞ-ı hədələyib. ABŞ tərəfindən bu ritorika davam etdirilsə, görüşün baş tutması təhlükə altına düşəcək. Trampdan çox şey asılıdır. Əgər o, yumşaldıcı açıqlamalar versə, görüşün baş tutma ehtimalı yüksələ bilər”.

Politoloq qeyd edib ki, Trampın, eləcə də beynəlxalq aləmin əsas hədəfi Şimali Koreyanı nüvəsizləşdirmək və Cənubi Koreya ilə təmasları artırmaqdır.

Politoloq Əhəd Məmmədli isə görüşün baş tutacağına əminliyini ifadə edib:

“Trampla Koreya liderinin görüşü üçün təşkilati işlər davam edir. Tramp Pxenyanla razılığa gəlmək, İranla isə konfrontasiyaya getmək yolunu tutdu. Tramp Koreya ilə sülh bağlamaq istəyi ilə savaşçı obrazını yaratdı və istəyinə nail olmaqdadır”.

Politoloqun sözlərinə görə, Tramp bu razılaşma ilə yeni ABŞ-Çin qarşıdurmasında Şimali Koreyanı neytrallaşdırmaq məqsədini güdür:

“Atom ölkələrinin çoxalması və ələlxüsus da bu ölkələrin Amerikanın nəzarətində olmaması ABŞ-ı çox narahat edir. Ona görə ABŞ Şimali Koreyanı masa arxasına otuzdurub, bu problemi birdəfəlik həll etmək istəyir”.

Tarix
2018.05.19 / 08:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla