Yuxarı

Paşinyan Bakıya qarşı təxribat törətdi – Sərt cavab…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan sahəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusunun şəhid olması o deməkdir ki, Ermənistan köhnə siyasətindən əl çəkməyəcək.

Bu sözləri Axar.az-a Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan sahəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusunun şəhid olması ilə bağlı danışan İlqar Vəlizadə deyib. Ekspert bütün hallarda həm sərhəddə, həm də cəbhədə gərginliyin davam edəcəyini bildirib:

“Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan sahəsi münaqişə zonasından uzaqdır və bu cür halın baş verməsi çoxlu suallar meydana gətirir. Hadisənin məhz bu ərəfədə baş verməsi təxribatın qəsdən törədildiyini ortaya qoyur. Silahlı Qüvvələrimizin hərbi qulluqçusunun şəhid olması o deməkdir ki, Ermənistan köhnə siyasətindən əl çəkməyəcək. Qarşıda təxribatlar təkcə cəbhədə deyil, Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan sahəsində də gözləniləndir. İndiki Ermənistan hakimiyyəti daha sərt mövqedə dayanır, yaranmış reallıqları dərk etmir və Azərbaycanla bütün istiqamətlərdə münasibətlərin gərinləşməsinə maraq göstərir. Azərbaycan bütün bu təxribatlara lazımı cavab verir və verəcək”.

Politoloq qeyd edib ki, Azərbaycan bu məsələni danışıqlar prosesində gündəmə gətirəcək:

“Bununla bağlı danışıqlar prosesində müəyyən korrektələr ediləcək. Hesab edirəm ki, Azərbaycan tərəfindən bundan sonra daha sərt mövqe nümayiş etdiriləcək”.

Qeyd edək ki, mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

Müdafiə Nazirliyi bu təxribatın arxasında birbaşa bir neçə gün əvvəl qoşunların bu istiqamətində yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirlərinin dayandığını və onların göstərişi ilə həyata keçirildiyini istisna etməyib.

Tarix
2018.05.21 / 13:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla