Yuxarı

Gömrük sədri AB nümayəndəsi ilə görüşdü – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 21-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Avropa İttifaqının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Axar.az xəbər verir ki, Səfər Mehdiyev Azərbaycan hökumətinin Avropa İttifaqı ilə uğurlu əməkdaşlığından bəhs edib, bu əməkdaşlığın daim diqqətdə saxlanıldığını söyləyib. Komitə sədri tərəflər arasında əlaqələrin bütün sahələri əhatə etdiyini vurğulayıb, bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan uzunmüddətli inkişaf strategiyasına və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən islahatlara toxunan Səfər Mehdiyev, eyni zamanda, gömrük sahəsində şəffaflığın artırılması və gömrük orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsilə bağlı mühüm addımların atıldığını diqqətə çatdırıb.

Komitə sədri Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələrinin önəmini qeyd edib, bu əlaqələrin gömrük işi sahəsində də yer aldığını və ötən dövrdə həyata keçirilən bir neçə layihənin ölkədə dünya standartlarına cavab verən müstəqil gömrük sisteminin qurulması işinə öz töhfəsini verdiyini vurğulayıb.

Azərbaycan Respublikasının hazırda qüvvədə olan yeni Gömrük Məcəlləsi layihəsinin Avropa İttifaqı və BMT İnkişaf Proqramının birgə həyata keçirdiyi “Azərbaycan Respublikasında Gömrük Xidmətinin Təkmilləşdirilməsi” layihəsi çərçivəsində hazırlandığını xatırladan Səfər Mehdiyev göstərilən dəstəyə görə Avropa İttifaqına minnətdarlığını ifadə edib. DGK sədri, həmçinin, hazırda BMT İnkişaf Proqramı və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə icra etdiyi “Azərbaycan və Gürcüstan arasında Sınıq Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsinin də Avropa İttifaqı tərəfindən maliyyələşdirildiyini bildirib və bu əməkdaşlığın gələcək illərdə də davam etdiriləcəyinə ümidvar olduğunu söyləyib.

Komitə sədri Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirdiyi islahatlardan, bu islahatlar çərçivəsində mühüm ticarət dəhlizləri üzərində yerləşən ölkəmizin tranzit potensialının artırılması istiqamətində görülən işlərdən bəhs edib və beynəlxalq ticarətə mühüm töhfə verəcək bu fəaliyyətlərin mühüm mərhələlərindən biri olaraq ölkəmizin Avropada tətbiq edilən Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) üzv olmasının həm gömrük orqanlarının, həm də biznes subyektlərinin fəaliyyətinin asanlaşdırılmasına və şəffaflığn təmin edilməsinə münbit şərait yaradacağını bildirib.

Səfər Mehdiyev Azərbaycanda bütün sahələrdə həyata keçirilən şəffaflıq siyasətinin gömrük sistemində də uğurla tətbiq edildiyini, bu sahədə Avropadakı qabaqcıl təcrübədən yararlanmanın və qarşılıqlı təcrübə mübadiləsinin beynəlxalq ticarət zəncirinin asanlaşdırılması və sürətləndirilməsində mühüm rol oynayacağını diqqətə çatdırıb.

Avropa İttifaqının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin qarşılıqlı faydaya və ümumi dəyərlərə əsaslandığını, bu əlaqələrin yalnız ticarət və energetika sahələrilə məhdudlaşmadığını və geniş sahələri əhatə etməsindən məmnunluğunu bildirib. Təmsil etdiyi qurumla Azərbaycan Gömrük Xidməti arasında da səmərəli əlaqələrin qurulmasından razılığını ifadə edən səfir bu əlaqələrin gələcəkdə də faydalı əməkdaşlıq şəraitində davam etdiriləcəyinə əmin olduğunu deyib.

Kestutis Yankauskas tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə daha da möhkəmləndirilməsi üçün imkanların araşdırılmasının önəminə toxunub və Azərbaycandakı fəaliyyəti müddətində bu əlaqələrin daha da fəallaşması işinə töhfəsini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə Azərbaycan Gömrük Xidməti və Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Tarix
2018.05.21 / 22:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla