Yuxarı

ABŞ konqresmenindən ADR ilə bağlı - Bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 18-də ABŞ Konqresinin üzvü Skot Perri (Respublikaçı – Pensilvaniya) Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illik yubileyi münasibətilə ABŞ Konqresinin Nümayəndələr Palatasında bəyanatla çıxış edib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilib ki, 1917-ci il inqilabından və Birinci Dünya Müharibəsi zamanı Rusiya qoşunlarının Qafqaz cəbhəsindən çəkilməsindən sonra, Azərbaycan 28 may 1918-ci il tarixində öz müstəqilliyini elan edib. İlk müstəqilliyinin qısa olmasına baxmayaraq, o zamankı ölkənin indiki Azərbaycanın formalaşması üçün əsas təşkil etdiyi və Azərbaycanın 1991-ci ildə müstəqillik əldə edəndən sonra, regionda və dünyada artan vacib rola malik olduğu vurğulanıb.

Bəyanatda qeyd olunub ki, Azərbaycan ABŞ-ın əsas hərbi müttəfiqlərindəndir. Azərbaycan sülhməramlılarının ABŞ və NATO qüvvələri ilə birgə Kosovo, İraq və Əfqanıstanda xidmət etdiyi, bu gün Azərbaycanın Əfqanıstanda NATO-nun Qətiyyətli Dəstək Missiyasında 120 nəfər qüvvəsinin olduğu bildirilib.

Azərbaycanın enerji sektorunda lider olduğu, dünyanın ilk neft quyularından birinin 1848-ci ildə Bakının cənubunda qazıldığı, Azərbaycanın öz təbii ehtiyatlarını inkişaf etdirdiyi, Trans-Anadolu Kəmərini tikməklə Avropanın Rusiyadan qaz asılılığını azaltmağa yardım etdiyi bəyanatda diqqətə çatdırılıb. Azərbaycanın zəngin qaz ehtiyatlarının onun “odlar yurdu” kimi tanınmasına gətirib çıxardığı qeyd olunub.

Bəyanatda, ABŞ-ın Azərbaycanın dostluğuna görə minnətdarlıq bildirilib və Azərbaycan xalqına davamlı sülh və əmin-amanlıq arzu olunub.

Tarix
2018.05.22 / 00:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla