Yuxarı

Vaşinqton cənub qonşumuzdan nə istəyir? – Hədəf

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqton İranda rejimi devirmək istəyir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, ABŞ Dövlət katibi Mayk Pompeonun İranla yeni razılaşma imzalanması üçün Tehrana 12 şərt irəli sürməsi məşhur lətifədəki “daha deyin ki, mənə paraşüt vermək istəmirsiz” yanaşmasına bənzəyir.

“İran hipotetik olaraq bu şərtləri yerinə yetirsə belə, Vaşinqton Tehranın yaxasını buraxmayacaq. Vaşinqtonun İranla nüvə anlaşmasından çıxmasının qonşu ölkənin gizli şəkildə nüvə silahı hazırlıqları ilə əlaqəsi yoxdur. Bunu Mayk Pompeonun bu sözləri də təsdiq edir: "İran bir seçim etmək məcburiyyətində qalacaq: ya öz iqtisadiyyatını düşünməli, ya da öz resurslarını xaricdəki müttəfiqlərinə sərf etməlidir". Bu sözlər və Pompeonun çıxışında İran Prezidenti Həsən Ruhanini bir neçə dəfə tənqid etməsi, o cümlədən, İran xalqının hakimiyyətinə qarşı çıxması ibarələri Vaşinqtonun əsas dərdinin nüvə silahı olmadığından xəbər verir".

Politoloq vurğulayıb ki, rəsmi Vaşinqton İranda rejim dəyişikliyinə nail olmaq istəyir:

"Yəni rejimi dəyişsələr, İranla bağlı bütün regional problemlərdən qurtulacaqlarını düşünürlər. Vaxtilə Səddam Hüseyni devirəndə də eyni nəticəyə ümid edirdilər. Nəticə göz qabağındadır”.

Qeyd edək ki, ABŞ Dövlət katibi Mayk Pompeo ABŞ-ın nüvə müqaviləsindən geri çəkilməsindən sonra Tehranla yeni razılaşma əldə edilməsi üçün 12 şərt irəli sürüb.

Tarix
2018.05.22 / 07:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla