Yuxarı

Ç.Qənizadə: “Həkim terroru Parlamentin gündəliyinə salınacaq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu işin obyektiv araşdırılması yönündə əlimdən gələni edəcəyəm və müqəssirlərin qanun qarşısında cavab vermələrini təmin etmək üçün Baş Prokurorluğa rəsmi müraciət göndərəcəyəm".

Bu sözləri millət vəkili Çingiz Qənizadə jurnalist Anar Niftəliyevin həyat yoldaşı Elnarə Tofiqqızının həkim terroru nəticəsində öldürülməsindən sonra ona etdiyi müraciətə cavab olaraq "Axar.az"a dedi. Millət vəkili həmçinin Anar Niftəliyevin ona müraciətinin yaxın zamanlarda Parlamentin gündəliyinə çıxarılacağını da bildirdi:

"Mən özümü bütün jurnalistlərin dostum hesab edirəm və bu, həqiqətən də belədir. Mən tək-tük adamlardanam ki, jurnalistlərlə bir yerdəyəm və onların da mənə olan dəstəyini öz üzərimdə hiss edirəm. Bu baxımdan Anar müəllimin mənə müraciət etməsi təbiidir və bundan əvvəl də ANS-in əməkdaşı Afət Telmanqızının həkim səhlənkarlığı nəticəsində ölən gəlinləri ilə bağlı mənə müraciət olmuşdu və mən bu haqda prokurorluğa rəsmi müraciət göndərdim. Anar müəllimin isə mənə müraciətini yaxın saatlarda mətbuatdan izlədim və hesab edirəm ki, həyat yoldaşını bu yaşda itirmək çox böyük faciədir. Zənnimcə, bu müraciət bu yaxınlarda rəsmi şəkildə parlamentə daxil olacaq və rəsmi qeydiyyata alınacaq. Bundan sonra da bu işin obyektiv araşdırılması üçün əlimdən gələni edəcəyəm. Buna tam əmin ola bilərsiniz".

Tarix
2013.11.28 / 16:41
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla