Yuxarı

İbrahimbəyov həbs oluna bilərmi? – Vəkil açıqladı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı, ssenarist Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” adlı filmində azərbaycanlılar vəhşi, qəddar, mədəniyyətsiz, ermənilər isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunurlar. Sözügedən film ictimaiyyətdə böyük müzakirələrə yol açıb. Bir sıra dövlət rəsmiləri İbrahimbəyovun bu filmini sərt şəkildə tənqid ediblər.

Bəziləri bildirirlər ki, yazıçı Ə.Əylislinin “Daş yuxular” əsərindən sonra xalqımıza qarşı ikinci bir təhqir motivli “sənət” nümunəsinin ortaya çıxması bunu ənənə halına sala bilər. Ona görə də Azərbaycan tərəfi bu “ənənə”nin qarşısını almaq üçün məhkəmədə iddia qaldırmalıdır.

Bu barədə Axar.az-a danışan hüquqşünas Səməd Vəkilov bildirib ki, Azərbaycan xalqı təhqirə və tarixi faktların təhrif olunmasına görə hüquqi müstəvidə yazıçıya qarşı iddia qaldıra bilər:

“Vətəndaşlarımız millət vəkilləri vasitəsilə qanunvericilik orqanlarında təmsil olunurlar. Deputatlar xalqı qanunvericilik orqanlarında təmsil edən nümayəndələr kimi onların hüquqlarını qoruya bilərlər.

Deputatlar həm təmsil etdiyi şəxslərin, həm də hökumətin adından iddia qaldıra bilər. Bundan əlavə, hər bir Azərbaycan vətəndaşı fərdi qaydada məhkəməyə müraciət edib, təhqirə qarşı iddia qaldırmaq səlahiyyətinə malikdir.

Həmin şəxs Cinayət Məcəlləsinin 274-cü maddəsinə əsasən, dövlətə xəyanət etməkdə (Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda, xarici dövlətə, təşkilata və onların nümayəndələrinə kömək etməkdə) ittiham edilərək məsuliyyətə cəlb oluna bilər”.

Hüquqşünas onu da əlavə edib ki, bu, xalqımıza qarşı ilk təxribat deyil:

“Əvvəllər də belə yanaşmalar mövcud olub. R.İbrahimbəyov və onun kimi düşünən bəzi yazıçılar hesab edirlər ki, erməniləri müdafiə etməklə beynəlxalq mükafatlar qazana bilərlər”.

Məsələ ilə bağlı danışan tarixçi Taleh Cəfərov bildirib ki, Azərbaycan xalqı ermənilərə qarşı təcavüzkar siyasət yeritməyib, əksinə dəstək olub:

“Qarabağ hadisələrində, yaxın keçmişdə elə olub ki, azərbaycanlılar erməniləri atəşin, odun içərisindən çıxararaq, öz evlərində gizlədiblər. Yazıçı Məmməd Səid Ordubadi yazır ki, Naxçıvanda iğtişaşlar zamanı bir azərbaycanlı öldürülməsinlər deyə öz evində 52 erməni qadını gizlədib.

Təkcə 1905-1907-ci illərdə Qazax qəzasında da eyni hadisələr olmuşdu. Vətəndaşlarımız çalışırdı ki, mülki erməniləri xilas etsin. Lakin ermənilər bizim onlara olan humanist yanaşmamızdan sui-istifadə etdilər. Azərbaycan xalqı heç vaxt ermənilərdən yaxşılığının əvəzini görməyib”.

Tarix
2018.05.23 / 20:21
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla