Yuxarı

ABŞ Ermənistanı niyə xilas edir? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tramp çox tez dəyişən və müxtəlif lobbi qüvvələrin təsiri altına düşən bir şəxsdir.

Bu sözləri Axar.az-a ABŞ-ın Ermənistana islahatlar keçirməsi üçün 140 milyon dollar ayırmağa hazırlaşması ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, ABŞ Paşinyanın başçılığı ilə baş verən küçə hərəkatını bir növ məxməri inqilab səviyyəsinə qaldıraraq, guya Ermənistanın demokratiya və insan haqları yolunda mühüm addım qət etmək istədiyi görüntüsünü yayır:

“Bu məqsədlə də Ermənistanı bir növ inteqrasiya xəttinə sürükləmək üçün müxtəlif siyasi və diplomatik reveranslardan istifadə etməyə başlayıblar. ABŞ dövlət katibinin köməkçisinin müavininin İrəvana səfəri bu qəbildən olan addımlardandır. O, Ermənistana bir növ demokratik islahatları dərinləşdirmək və dəyişikliklərin vüsətini artırmaq məqsədilə səfər edir. Paralel olaraq, ABŞ administrasiyası Ermənistana maliyyə yardımını da artırmaq istəyir. Bu, Ermənistana hava-su kimi lazımdır, çünki ölkənin xəzinəsi demək olar ki, boşalıb. Belə bir şəraitdə ABŞ Ermənistana 140 milyon yardımla yanaşı, əlavə müxtəlif humanitar xarakterli yardımların səviyyəsini artırmaqla işğalçını defolt vəziyyətindən qurtarmağa çalışır. ABŞ-ın bölgəni tamamilə qaranlığa qərq etmiş Ermənistanın təcavüzkar hərəkətlərinə əhəmiyyət verməməsi onu göstərir ki, Vaşinqton hadisələrə münasibətdə ikili standratlardan yanaşır, işğalçını şirnikləndirərək Qərb cəbhəsinə qoşmağa can atır”.

Politoloq bildirib ki, ABŞ İrəvana nə qədər yardım etsə də, Ermənistan Rusiyanın itaətindən çıxmayacaq:

“ABŞ həmsədrlərdən biri kimi bölgədə sülh yaratma prosesinə rəvac vermək əvəzinə təcavüzkarı iflasdan xilas edir, hətta son addımı ilə bir növ İrəvanın daha sərt mövqe tutmasına yardımçı olur. Azərbaycan bu siyasətə öz etirazını bildirməli, ABŞ-ın təcavüzkara qarşı daha prinsipal mövqe tutmasını tələb etməlidir. Paşinyanın danışıqlarla bağlı Sərkisyandan da sərt mövqe tutması onu göstərir ki, Ermənistanda heç nə dəyişməyib, sadəcə, bir ovuc millətçi hakimiyyəti başqa klanın əlindən alıb. Demokratiya, yaxud Qərbə inteqrasiya ilə bağlı irəli sürülən tezislər xəyaldan başqa bir şey deyil. Bu erməni kələkbazlığının növbəti sindromudur. Bölgəni aydınlığa çıxarmağın əsas yolu işğal prosesinin və etnik təmizləmənin doğurduğu nəticələrin aradan qaldırılmasından keçir. ABŞ beynəlxalq münasibətlərin bu əlifbasını bilməmiş olmaz, ona görə də paşinyanları yeni avantüralara sövq etmək əvəzinə diqqəti bölgədə sülhün təmin edilməsinə yönəltməlidir”.

Qeyd edək ki, ABŞ Ermənistana islahatlar keçirməsi üçün 140 milyon dollar həcmində maliyyə yardımı ayrılması məsələsini yenidən nəzərdən keçirməyə hazır olduğunu açıqlayıb.

Tarix
2018.05.24 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla