Yuxarı

Kütlə dayanmır: nəticə Nikol üçün acınacaqlı olacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyana vaxtilə inqilabı həyata keçirməkdə kömək olan şəxslər indi ciddi surətdə mane olmağa başlayıb.

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli İrəvanda davam edən vətəndaş itaətsizliyi aksiyalarını şərh edərkən deyib. O bildirib ki, küçədəngəlmə hakimiyyət və yaxud oxlokratiya-küçədə formalaşan hakimiyyət hər zaman belə olub:

“Çünki Paşinyan hakimiyyəti devirdikdən sonra ətrafına toplanmış adamlara çox böyük vədlər vermişdi. Amma vəd verməklə bu vədləri yerinə yetirmək arasında çox böyük fərqlər var. Paşinyan artıq dövlətin başındadır və idarəçiliklə məşğuldur. Vaxtı ilə onunla birlikdə küçə inqilabını həyata keçirmiş adamlar ondan artıq verdiyi vədləri yerinə yetirməsini tələb edir. Eyni zamanda, aksiya iştirakçıları kadr dəyişikliklərində məhz iştirak etmək və onların arzu etdiyi adamların təyin edilməsini istəyir. Məsələn, baş prokurorun dəyişməsi üçün prokurorluğun qarşısında mitinq keçirirlər. Dəyişiklik ediləndə də Paşinyanın irəli sürdüyü namizədi qəbul etmirlər”.

Politoloqun sözərinə görə, artıq Ermənistanda xalq kadr təyinatlarını bütövlükdə Paşinyanın əlindən alıb, küçənin ixtiyarına vermək niyyətindədir:

“Bu isə oxlokratiyanın formalaşması deməkdir. Nəticə etibarı ilə bu proses başqa problemlərin yaranmasına şərait yaradacaq. İrəvan merinin dəyişdirilməsini də küçənin təzyiqi altında etmək istəyirlər. Amma meriyanın təyin edilməsi seçki yolu ilə həyata keçirilir və seçkilər elan edilməmiş meriyanı dəyişmək olmaz. Görünür ki, İrəvandakı aksiya iştirakçıları qayda-qanun, nizam-intizam tanımırlar və Konstitusiyanı qəbul etmək istəmirlər. Bu isə nəticə etibarı ilə ölkədə indiyə qədər mövcud olmuş iqtisadi, ictimai-siyasi sabitliyin pozulmasına gətirib çıxarır. Digər tərəfdən, Ermənistanda istehsal azalmaqda və ölkədə müəyyən kriminal qruplaşmalar formalaşmaqdadır. Hakimiyyət boşluğundan istifadə edən bu qruplaşmalar ölkədə ictimai-siyasi sabitliyi pozur”.

Politoloq vurğulayıb ki, ümumiyyətlə, bütün bunlar Ermənistanın mövcudluğu üçün ciddi təhdidlər yaradır:

“Paşinyan yaxşı başa düşür ki, içəridəki küçə hakimiyyətinin diqtəsini nəzarət altına almadan normal siyasət apara bilməz. Ümumiyyətlə, o, nəzarəti əlinə almadan, iqtisadi, siyasi islahatları da həyata keçirə bilməyəcək. İrəvanda hər şey Paşinyanın siyasi iradəsindən kənarda cərəyan edir. Nəticə etibarı ilə Paşinyan hələ nə komanda formalaşdıra, nə də küçə hakimiyyətinin təsirindən uzaqlaşıb ölkədə nəzarəti tam əlinə ala bilir. Ermənistan çalxalanmaqda, ictimai-siyasi sabitlik mütəmadi olaraq, pozulmaqda davam edir. Bu, ölkədə başıpozuqluq, hakimiyyət boşluğu yaradır və Paşinyanın hakimiyyətinin dayaqlarını laxladır. Ola bilər ki, öz hədəqəsindən çıxmış kütlə Paşinyanın özünü də süpürüb atsın və ölkəni tamamilə xaosa, özbaşınalığa sürükləsin”.

Qeyd edək ki, Serj Sərkisyanın hakimiyyətdən devrilməsinə baxmayaraq, İrəvanda vətəndaş itaətsizliyi aksiyaları davam edir. Ermənistan Baş naziri Nikol Paşinyan İrəvandakı vətəndaş itaətsizliyi aksiyalarını sabotaj adlandırıb.

Tarix
2018.05.24 / 08:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla