Yuxarı

ABŞ İrəvana milyonlar vəd etdi: Lavrov dərhal hərəkətə keçdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyanın öz kabinetindəki yeni təyinatları onun yeni reform, nəfəs gətirən islahatlar keçirməyə çalışdığını göstərir. Burada isə əsas məqsəd müəyyən qədər Rusiyadan uzaqlaşmaqdır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. O bildirib ki, Paşinyanın ilk addımlarından Dağlıq Qarabağ münaqişəsi kartından istifadə edəcəyi hiss olunur:

“Çünki Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi və bu kartdan istifadə edilməsi iqtisadi problemlərin həllinə böyük bir təkan verə bilər. Lakin nə qədər ki, Ermənistanın Rusiya ilə əlaqələri yüksək səviyyədə davam edəcək, bu problemin həlli inandırıcı deyil. Çünki Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Dağlıq Qarabağ məsələsi bu gün həll olunsa, Ermənistan Rusiyanın əlindən çıxacaq. Ona görə də Rusiya çalışacaq ki, bu münaqişəni rıçaq kimi əlində saxlasın. Paşinyan da bunu gözəl başa düşür. Tək raketlərlə, hərbi ləvazimatlarla vəziyyətdən çıxmaq mümkün olmayacaq. Ona görə ki, Paşinyanın kütləyə söz verdiyi məsələ məhz iqtisadi problemlərin həlli ilə bağlı idi. Sərkisyanın da hakimiyyətdən devrilməsinə iqtisadi problemlər səbəb olmuşdu. Paşinyanın aksiyalar zamanı geyindiyi kamuflyaj forma onun mülayim bir hərbiçi olduğunu büruzə verirdi. O ruqzaq taxmaqla gənclərə yaxın olduğunu və onların çağırışlarını nəzərə alacağını göstərməyə çalışırdı”.

Politoloq qeyd edib ki, Paşinyan seçim qarşısındadır:

“Son vaxtlar ABŞ da Ermənistana kömək edəcəyi ilə bağlı müəyyən bəyənatlarla çıxış edir. Hətta ABŞ-ın Dövlət katibi Mayk Pompeonun Amerika Erməni Milli Komitəsinə (ANCA) göndərdiyi məktubunda Ermənistana islahatlar keçirməsi üçün 140 milyon dollar həcmində maliyyə yardımı etməyə hazır olduqlarını bildirib. Lavrov isə yeni təyin olunmuş Xarici İşlər naziri Zoqrab Mnatsakanyanla Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistanın KTMT-dən çıxmaması istiqamətində müəyyən addımlar atmağa tələsir. Bu gün Qərb də, Rusiya da çalışır ki, öz təsir vasitəsini Ermənistanda saxlasın. Paşinyan Qərbə tərəf yönəlsə, Rusiyanı itirər. Bu baş versə, Rusiya Ermənistanı bağışlamaz. Çünki bu məsələni bir variant kimi Rusiya Gürcüstanda tətbiq etdi. Digər tərəfdən, Qərb də çalışacaq ki, nə olur olsun, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarsın. Paşinyan Sərkisyandan fərqli olaraq, Qərbə doğru daha çox addımlar atır. Bu problem ona gətirib çıxara bilər ki, ümumiyyətlə, Paşinyan keçid baş nazir olsun”.

Tarix
2018.05.24 / 09:19
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla