Yuxarı

DİN-də Cümhuriyyətin 100 illiyi ilə bağlı tədbir - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 25-də Daxili İşlər Nazirliyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Nazirliyin mətbuat ximdətindən Axar.az-a verilən məlumata görə, tədbirdə çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyirminci əsrin əvvəllərində regionda yaranmış mürəkkəb geosiyasi şəraitdə Şərqdə ilk dəfə məhz Azərbaycanda demokratik respublika yaradılmasını qədim dövlətçilik ənənələrinə malik xalqımızın qəhrəmanlıqlarla zəngin tarixinin ən şanlı səhifələrindən biri kimi dəyərləndirib.

Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov qısa zaman kəsiyində milli hökumətin gördüyü işlər, Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun şərəfli döyüş yolu barədə mərasim iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, görkəmli dövlət və ictimai xadimlərin gərgin diplomatik səyləri nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Demokratik Respublika formasında özünü təsdiqləmiş olub.

Diqqətə çatdırılıb ki, 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsinin qəbulundan sonra cümhuriyyətin ilk parlamenti seçilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi təsdiqlənib, ana dili dövlət dili elan edilib, dövlət quruculuğu sahəsində əhəmiyyətli işlər görülüb, ölkənin ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmini üçün mühüm tədbirlər həyata keçirilib.

Tədbirə yekun vuran R. Usubov Azərbaycan Xalq Cümhuriyyəti dövründə yarımçıq qalmış bir çox işlərin, gerçəkləşməyən planların Azərbaycan prezidenti İlham Əliyev tərəfindən ardıcıl, məqsədyönlü şəkildə həyata keçirildiyini, ordu, dövlət quruculuğu, qlobal infrastruktur layihələri, uğurlu sosial, iqtisadi siyasət nəticəsində güclənmiş dövlətimizin, qüdrətli ordumuzun sonda torpaqlarımızı işğaldan azad edəcəyinə, ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa edəcəyinə əminliyini bildirib.

Tarix
2018.05.25 / 20:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla