Yuxarı

Prezident Palatanın səlahiyyətini niyə azaltdı? - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələcəkdə bu qurumun ləğv edilərək səlahiyyətlətinin bank sektoruna aid hissəsinin yenidən Mərkəzi Banka qaytarılması da istisna deyil.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Samir Əliyev Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında fərmanını şərh edərkən qeyd edib. O bildirib ki, fərmanda ilk dəfə olaraq yeni yaradılan publik şəxsin dövlət büdcəsindən maliyyələşdiriləcəyi birbaşa göstərilir:

“İndiyədək yaradılan publik hüquqi şəxslərdə büdcədən maliyyələşmə mənbələrdən biri kimi göstərilirdi. MMX ilk olaraq Mərkəzi Bankın nəzdində fəaliyyət göstərib, sonra yeni yaradılmış Maliyyə Bazalarına Nəzarət Palatasının nəzdinə keçib. Nəhayət, bu gün ayrıca qurum kimi fəaliyyət göstərmək statusu alıb. MMX tipli qurumlar bir sıra ölkələrdə müstəqil, bəzilərində alt qurum kimi fəaliyyət göstərir. Hər bir halda son illər dünyada çirkli pulların yuyulması probleminin aktuallaşması və geniş vüsət alması maliyyə sektoruna nəzarətin artırılmasını zəruri edir və MMX-nin müstəqilləşməsi zərurəti də bundan yaranıb".

Ekspert bildirib ki, qərar Palatanın səlahiyyətlərini azaldıb.

Qeyd edək ki, bu gün Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında fərman imzalayıb.

Tarix
2018.05.26 / 00:07
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla