Yuxarı

Tramp böyük görüşdən buna görə imtina etdi - Səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen İn arasında görüş olacağı ilə bağlı rəsmi məlumatlar veriləndə bunun baş tutmama ehtimalı yüksək idi.

Bu sözləri Axar.az-a beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Trampın Şimali Koreya lideri ilə görüşdən imtina etməsinin səbəblərini şərh edərkən deyib. O bildirib ki, qısa bir müddətdə arada olan düşmənçilik və kəskin fikir ayrılıqlarının yumşalması inandırıcı deyildi:

“Bunları reallaşdıracaq mühit belə ortada yox idi. Tramp da görüşün baş tutacağına inanmırdı və bu görüşün alınmasında elə də maraqlı olmayıb. Çünki nəticəsi olmayan danışıqlardan qazanan Şimali Koreya olacaqdı. Yəni bu danışıqlar uzun bir müddət ala bilərdi və bu müddət Şimali Koreyaya hava-su kimi lazım olan presinqsiz zaman qazandıracaqdı. Hamıya məlumdur ki, danışıqların əsas tələbi nüvə silahlarının zərəsizləşdiriməsidirsə, bundan sonrakı hədəf rejim dəyişikliyidir. Kim Çen İn də bunu yaxşı bilir”.

Ekspert vurğulayıb ki, buna baxmayaraq, onun atdığı addımlar Tramp üçün gözlənilməz oldu:

“Görüş ərəfəsində 3 ABŞ vətəndaşının həbsdən azad olunması və xarici jurnalistlərin gözü qarşısında nüvə sınağı poliqonlarından birinin ləğv edilməsi danışqlar olacağı təqdirdə Kim Çen İni üstün vəziyyətə salacaqdı. Hələ bundan öncə çoxlarının gözləmədiyi halda Şimali və Cənubi Koreya liderlərinin tarixi görüşləri baş vermişdi. Orada da problemlərin həlli, gələcəkdə iki ölkənin birləşməsi ilə bağlı danışıqlar prosesinə start verilmişdi. Bu ərəfədə bir neçə gün öncə Koreya yarımadasında ABŞ və Cənubi Koreya hərbiçilərinin birgə təlimləri başladıqdan dərhal sonra Şimali Koreya Cənubla danışıqlardan çıxdığını bəyan etdi və kəskin, nüvə silahı ilə hədələyici bəyanatlar verdi. Amma ABŞ prezidenti ilə gözlənilən görüşlə bağlı heç nə deyilmədi. Bu bəyanatlardan sonra Tramp görüşün olmayacağını bildirdi. Eyni zamanda, Cənuba qarşı olan təhdidlərə də cavab verdi. Bununla yanaşı, Tramp ABŞ vətəndaşlarının buraxılmasını, nüvə poliqonunun ləğv edilməsini müsbət hal kimi qiymətləndirib, görüşün gələcəkdə ola bilcəyini bildirməklə ümüd yeri qoydu”.

Ekspertin sözlərinə görə, bundan sonra vəziyyət yenə də əvvəlki məcrada davam edəcək:

“Hər iki tərəf qarşılıqlı ittihamlarını, təhdidlərini davam etdirəcək. Artıq xeyli müddətdir ki, Şimali Koreya üçün Liviya variantı hazırlamağa çalışırlar. Bu iki rejimin arasında bənzərliklər olduğu üçün onların dəyişdirilməsinin də oxşar üsullarla həyata keçə biləcəyini düşünürlər”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə Sinqapurda baş tutacaq görüşün ləğv edilməsi ilə bağlı qarşı tərəfə məktub ünvanlayıb. Bundan sonra ABŞ Müdafiə naziri Ceyms Mettis görüşün ləğv edilmədiyi barədə bəyanat yayıb.

Tarix
2018.05.26 / 00:17
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla