Yuxarı

Sahibkarlar üçün nəzərdə tutulan güzəştlər – Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər Nazirliyi Mikayıl Cabbarov Azərbaycanda kiçik və orta sahibkarların vergi yükünün nəzərə çarpacaq dərəcədə azaldılacağını bildirib. Nazir bununla bağlı dövlət büdcəsi paketinə bir sıra dəyişikliklərin edilə biləcəyini vurğulayıb. O, həmçinin, təklif edilən dəyişikliklər sırasında vergi uçotunun bərpasının da yer aldığını qeyd edib.

Bəs, hansı güzəştlərin tətbiq edilməsi nəzərdə tutulur?

Mövzu ilə bağlı iqtisadçı alim Vüqar Bayramov Axar.az-a açıqlamasında kiçik və orta sahibkarlar üçün bir sıra güzəştlərin nəzərdə tutulduğunu bildirib:

“Bu ilin ilin fevralında keçirilən vergi forumunda kiçik və orta sahibkarlara tətbiq edilən vergilərin azaldılması, eyni zamanda, güzəşt dairəsinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılmışdı. Forumdan sonra kiçik və orta sahibkarların güzəştlərdən daha çox istifadə etməsi ən çox müzakirə edilən məsələlərdən idi. Sadələşdirilmiş vergi dövriyyəsinin genişləndirilməsi gözlənilir. Hazırda kiçik və orta sahibkarlar üçün sadələşdirilmiş vergi dövriyyəsi illik olaraq 200 min manatdır və yeni müzakirələrdə həmin dövriyyənin iki dəfə artırılaraq 400 min manata çatdırılması nəzərdə tutulur. Bu imkan verəcək ki, sadələşdirilmiş vergiyə cəlb olunmuş sahibkarların sayını artırmaq mümkün olsun və nəticədə onlar daha çox vergi güzəştlərindən istifadə edə bilsinlər”.

Ekspert qeyd edib ki, sahibkarlar üçün tətbiq edilən vergi dərəcələrinə baxılması və xüsusən də əlavə dəyər vergisinin diferensial dərəcələrinin tətbiq edilməsi də gündəmdədir:

“Bu, sektorlar üzrə sahibkarların daha aşağı vergi ödəməsinə gətirib çıxaracaq. Məsələn, xüsusi kreativ sektorlarda aşağı dərəcəli vergilər tətbiq olunacaq. Nəticədə daha həssas sektorlarda sahibkarlar az vergi ödəyəcək. Bu da təbii ki, onların xərclərinin azadılmasına və həmin sektorların dəstəklənməsinə imkan verəcək. Gəlir vergisinin dərəcələrinə baxılması da gündəmdə olan məsələlərdəndir. Fiziki şəxslərin gəlir vergisi çox vacibdir. Bu həm əmək müqavilələrinin leqallaşdırılması, həm də sahibkarların leqal işləməsi baxımından önəmlidir.

Digər bir məsələ isə sosial vergi dərəcələrinin azaldılması ilə bağlıdır. Eləcə də işə götürənlə işçi arasında sosial verginin bölüşdürülməsi mexanizminin tətbiq olunması ilə bağlı addımların atılacağı güman olunur. Verilən və müzakirə edilən təkliflər daha çox kiçik və orta sahibkarların vergi yükünün azaldılmasına xidmət edəcək. Sözügedən dəyişikliklər qəbul ediləndən sonra kiçik və orta sahibkarlar daha aşağı dərəcə ilə vergilərə cəlb ediləcək ki, bu da sahibkarların dövriyyə və gəlirlərinin artmasına gətirib çıxaracaq”.

Tarix
2018.05.26 / 08:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla