Yuxarı

Qarabağın işğalına son qoyulmasını arzu edirik - Hermanto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva və Azərbaycanın bir qrup fəal qadını İndoneziya Respublikasının Parlamentində Rifah və Ədalət Partiyasının Mərkəzi Şurasının rəhbəri, İndoneziya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Hermanto ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Azərbaycan-İndoneziya Parlamentlərarası əlaqələr, İƏT və digər beynəlxalq qurumlar çərçivəsindəki əməkdaşlıq və qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub. Qənirə Paşayeva qarşı tərəfə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi haqqında məlumat verib, ikitərəfli əlaqələrin inkişaf etdirilməsində turizm potensialının yüksək olduğunu vurğulayıb.

Millət vəkili eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsində, xüsusilə də Xocalı soyqırımına dair İndoneziya Parlamentinin davamlı dəstəyi, Xarici Əlaqələr Komitəsinin xüsusi bəyanatına görə minnətdarlığını bildirib:

"Azərbaycan tərəfi İndoneziya parlamentinin bu soyqırımı tanımasını, cinayətkarların məsuliyyətə cəlb olunmasını tələb edən qətnamə qəbul etməsini arzu edir və bu Parlamentlərarası Dostluq Qrupunun daha fəal olmasını gözləyir".

İndoneziyalı parlamentari Azərbaycana bir neçə dəfə səfər etdiyini və orada İndoneziya mədəniyyətinə, dilinə Azərbaycan gəncləri tərəfindən hörmət və maraq göstərildiyinin şahidi olduğunu qeyd edib:

"Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsində Azərbaycanın haqlı mövqeyinə dəstək verməyə davam edəcəyik. Bu işğalın sülh yolu ilə beynəlxalq qanunlar və Azərbaycanın ərazi bütövlüyü əsasında həllinə ümid edirik".

Tarix
2018.05.26 / 22:13
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla