Yuxarı

Namizədlər nədən Naxçıvanda görüş-mitinq keçirmir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda prezident seçkisinə sayılı günlər qalır. Ölkəmizin bütün bölgələri kimi, Naxçıvan Muxtar Respublikasında da seçicilərlə görüş-mitinqlər üçün yerlər ayrıldığı elan olunub. Amma bu günədək heç bir namizəd təbliğat və təşviqat kampaniyası üçün Naxçıvanı seçməyib. Prezidentliyə namizədlərdən üçünün naxçıvanlı olubduğu halda "dogma" elektoratdan xüsusi dəstək üçün niyə istifadə edilmir?

"Təbliğat mitinqi etməyəcəyik"

Prezidentliyə namizəd Sərdar Cəlaloğlu Naxçıvanda belə görüş-mitinqlər keçirib-keçirməyəcəkləri ilə bağlı "Axar.az"a bildirdi ki, onların Naxçıvanda heç bir kütləvi aksiya keçirtmək fikri yoxdur: "Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan belə bir təcrübə elədi - "qapı -qapı səs toplamaq". Biz də eyni təcrübədən yararlanıb, vətəndaşın qapısına gedərək, səs toplama taktikası həyata keçiririk. Çünki həm aksiyalar üçün ayrılan yerlər əlverişsizdir, həm də vətəndaşlar polis və digər güc strukturları tərəfindən qorxudulur deyə, açıq-açıq gəlməyə ehtiyat edirlər. Buna görə də biz nə Naxçıvanda, nə də başqa bir yerdə təbliğat mitinqləri etməyəcəyik".

"Naxçıvan onsuz da mənə səs verəcək"

Fərəc Quliyev isə vətəni regionlara bölmədiyini deyir: "Azərbaycanlıyam, bütün Azərbaycan da mənim vətənimdir. Əksinə, Naxçıvanda mənim xidmətlərimi layiqincə qiymətləndirib bir avtoritet kimi qəbul etdikləri üçün onsuz da mənə səs verəcəklər. Buna görə də mən təbliğat mitinqlərimi Naxçıvanda yox, Azərbaycanın digər bölgələrində aparmağı düşünürəm".

"Mitinqimiz təxirə salınarsa, Naxçıvana gedə bilərik"

Qüdrət Həsənquliyev də ölkəni regionlara bölmədyini deyir: "Qaldı naxçıvanlı elektoratımızla görüşə, orda çox güclü dayaqlarımız var və onlar BAXCP-nin təbliğat-təşviqat kampaniyasını uğurla həyata keçirirlər. Ona görə də Naxçıvana getməyi o qədər də məqbul hesab etmirik. Oktyabrın 7-si Bakıda mitinq keçirmək haqda düşünürük, ola bilsin, bu mitinq təxirə salınsın və Naxçıvanda keçirilisn. Bu istisna olunmayan görüş haqda hələ son qərarımızı açıqlamamışıq".

Xatırladaq ki, son çağlar dünya seçki praktikasında "həmyerli" elektorat taktikasından geniş istifadə olunur. Bu taktikadan Barak Obama, Mahmud Əhmədinecat, Aleksandr Lukaşenko və başqaları yararlanıb. Onu da qeyd edək ki, təcrübə belə kampaniyaların seçicilər tərəfindən müsbət qarşılandığını göstərir.

Tarix
2013.10.04 / 15:50
Müəllif
Sona Yaqubova
Şərhlər
Digər xəbərlər

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa demokratiya uğrunda mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla