Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
13 Noyabr 2018


Azərbaycan Ordusu addım-addım irəliləyir... - Zülfüqarov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan addım-addım öz sərhədləri üzərində bütün nəzarəti bərpa edəcək.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Sabiq nazir Azərbaycan Ordusunun üç gün əvvəl Naxçıvanda əldə etdiyi uğuru çox yüksək qiymətləndirib:

“Bu uğur Azərbaycan Ordusunun öz gücünə arxayın olduğunun əsas göstəricisidir. Azərbaycan rəhbərliyinin siyasi iradəsi torpaqlarımızı hərbi yolla işğaldan tam şəkildə azad etməyə imkan verir. Bu, ermənilərə çox vacib bir siqnal idi. Buna görə də hesab edirəm ki, Naxçıvandakı uğurumuz Azərbaycan və onun xalqı üçün çox vacib bir addım oldu. Azərbaycanın öz sərhədləri üzərində addım-addım bütün nəzarəti bərpa edəcəyinə heç bir şübhə yoxdur”.

T.Zülfüqarov İrəvanın qeyri-konstruktivliyi ucbatından danışıqlar prosesinin heç bir nəticə vermədiyini deyib və işğalçıya qarşı güc tətbiq olunmasını mümkün sayıb:

“Azərbaycan Ermənistana hücum etmədi, sadəcə olaraq, öz sərhədinə nəzarətini bərpa etdi. Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün genişmiqyaslı əməliyyatlara başlayacağını heç vaxt istisna etmirdim. Belə görünür ki, işğalçıya qarşı güc tətbiq olunması qaçılmazdır. Bu da Ermənistana ciddi siqnaldır. Ya sülh, ya da müharibə variantından birini seçməlidirlər. Ermənistan rəhbərliyi də yaxşı başa düşür ki, ciddi seçim qarşısındadır. Dolayı yolla olsa da, Paşinyan buna cavab verdi və sülhə də, müharibəyə də hazır olduqlarını bildirdi. Bu baxımdan Azərbaycanın siyasəti və atacağımız addımlar artıq erməni tərəfinə bəllidir”.

***

Günün aktual xəbərlərinin icmalı:

Tarix
2018.06.12 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Lukaşenkonun Bakı ilə KTMT müzakirəsi İrəvanı hürkütdü

Avropa ordusu ideyasını niyə Rusiya təqdir edir? – Şərh

Büdcəmiz 3 milyard böyüdü: maaşlar artır, tibbi sığorta gəlir...

Vasif Talıbov Nilslə görüşdü - Foto

Baş diplomatımızla bağlı ilginc məlumat: Şuşada... - Foto

Səfirimiz xanım prezidentlə görüşdü - Foto

İlham Əliyev səfiri geri çağırdı: 5 sərəncam, 3 fərman

Peter Pelleqrini Azərbaycanda: rəsmi səfər - Foto

Əzimov Əhmədi ilə görüşdü: Əfqanıstana yardım...

Rusiya İrəvana növbəti zərbəyə hazırlaşır - Zülfüqarov

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla