Yuxarı

Arif Hacılı İbrahimbəyovun istefasından danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Şuranın sədri Rüstəm İbrahimbəyov qurumda tutduğu rəhbər vəzifədən getmək istəyi ilə bağlı quruma müraciət ünvanlayıb. Kinorejissor qurumda öz yerinə sədr olaraq Milli Şuranın vahid namizədi Cəmil Həsənlini gördüyünü qeyd edib.

Bir müddət öncə Müsavat partiyası funksionerləri ilə Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazov arasında qurumda həmsədrlik institutunun yaradılması məsələsində fikir ayrılığı yaranmışdı. Müsavatçılar qurum rəhbərinin ölkədən uzaqda olmasını əsas gətirərək həmsədrlik institutunun yaradılmasının önəmini vurğulayırdılar. Bəs bundan sonra necə olacaq?

Müsavat partiyası həmsədrlik məsələsində öz mövqelərində qalacaqmı?

Məsələ ilə bağlı Müsavat partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı "Axar.az"a açıqlamasında bildirdi ki, onlar bu məsələ ilə bağlı fikir bildirsələr də, heç də təkid etməyib:

"Müsavat partiyası Milli Şurada həmsədrlik institutunun yaradılması ilə bağlı məsələlərin müzakirəsində iştirak edib. Ancaq biz bu məsələdə təkid etməmişik. Hesab edirik ki, Milli Şuranın yenidən canlandırılması və səmərəli fəaliyyətinin təmin edilməsi üçün ilk növbədə Milli Şura tərəfindən konkret istiqamətlər ortaya qoyulmalı və bu istiqamətlər birliyin üzvü olan qurumlarla razılaşdırılmalıdır".

Arif Hacılı bildirdi ki, digər məsələlərdə olduğu kimi, burda da Milli Şuranın yaradılmasında iştirak edən əsas siyasi qüvvələrin mövqeyi önəmlidir:

"Yalnız bundan sonra sədrlik məsələsi müzakirə obyektinə çevrilməlidir. Çünki problemlərin həlli heç də kimin sədr və ya həmsədr olmasından asılı deyil. Milli Şuranın indiyə qədərki fəaliyyəti göstərdi ki, bir çox pozitiv hallar mövcuddur. Bundan sonra isə birliyin fəaliyyət istiqaməti müəyyənləşdirilməli və həmin istiqamətlər Milli Şuranı yaradan əsas siyasi qüvvələr tərəfindən razılaşdırılmalıdır. Sonra isə sədrlik məsələsini müzakirə mövzusu etmək olar".

Tarix
2013.11.29 / 11:51
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla