Yuxarı

Avropa İttifaqı Şurasının prezidenti İlham Əliyevi təbrik edib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Herman Van Rompuy Azərbaycanı və ölkə prezidenti İlham Əliyevi Avropa İttifaqı ilə viza sadələşdirilməsinə dair sazişin imzalanması münasibətilə təbrik edib.

Herman Van Rompuy bunu Vilnüsdə 3-cü Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində keçirilən imzalanma mərasimində çıxışı zamanı bildirib.

Herman Van Rompuy deyib: "Viza sadələşdirilməsinə dair sazişin imzalanması Azərbaycanın Aİ-yə daha da yaxınlaşması istiqamətində atılan növbəti addımdır".

Aİ Şurasının prezidenti qeyd edib ki, Aİ Azərbaycanla yaxın zamanda readmissiya sazişi və mobillik üzrə tərəfdaşlığa dair sazişin imzalanmasını səbrsizliklə gözləyir.

Qeyd edək ki, Azərbaycan və Avropa İttifaqı (Aİ) bu gün viza rejiminin sadələşdirilməsi barədə saziş imzalayıblar.

Vilnüsdə keçirilən III Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində sazişi Azərbaycan tərəfdən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, qarşı tərəfdən isə Avropa komissarı Ştefan Füle, Litvanın xarici işlər naziri Linas Linkyeviçyus imzalayıb.

Xatırladaq ki, sənəd gələn il Azərbaycanla Aİ arasında readmissiya haqqında saziş imzalandıqdan sonra qüvvəyə minəcək.

Qeyd edək ki, bir müddət əvvəl xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Trend-ə bildirmişdi ki, saziş imzalandıqdan sonra Milli Məclisdə və Avropa Parlamentində ratifikasiya olunacaq.

Bundan əlavə, Şengen zonasına daxil olan, lakin Aİ üzvü olmayan ölkələrlə - Norveç, İsveçrə, İslandiya və Lixtenşteynlə ikitərəfli müqavilələr imzalamaq lazımdır.

Nazir müavinin sözlərinə görə, müqavilə kifayət qədər geniş şəxslər siyahısını əhatə edir. Bu, ilk növbədə, təhsil və biznes xətti ilə xaricə gedən vətəndaşlara aiddir. (Trend)

Tarix
2013.11.29 / 13:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla