Yuxarı

Ruhani Paşinyanı İrana çağırdı: Tehranın İrəvan qorxusu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyanın açıq-aşkar qərbyönümlü siyasət yürütməsi İranda da təşviş doğurub.

Bu sözləri Axar.az-a Ermənistan prezidentinin İrana gözlənilən səfərini şərh edən politoloq Tofiq Abbasov deyib. O bildirib ki, Paşinyanın siyasəti getdikcə bütün qonşu ölkələr üçün ciddi suallar doğurur:

“Paşinyan siyasi konyekturanı elə bir tərzdə dəyişmək istəyir ki, Ermənistan staqnasiyadan sonra qıc vəziyyətindən çıxa bilsin. Bu prosesdə də Ermənistanın əsas ümidi Qərbədir. Ona görə də Paşinyanın qarşıdakı görüş və məsləhətləşmələri bir çox ölkələr üçün əhəmiyyət kəsb edir. Bu ölkələr sırasında əsasən Rusiya, ələlxüsus da İranın adını çəkmək olar. Çünki İranla Ermənistanın uzun müddətdir münasibətləri var və onlar problemlərini bir-birlərinə söykənərək həll edir, son zamanlar isə tranzit, mal dövriyyəsi ilə bağlı iqtisadi zəmində dividentlər əldə etməyə çalışırdılar. Ancaq Paşinyanın açıq-aşkar qərbyönümlü siyasət yürütməsi İranda da təşviş doğurub. Onun məxməri inqilabının zəfər çalması İranda birmənalı qarşılanmayıb. Paşinyan iki ay ərzində ABŞ-ın İrəvandakı səfiri və Avropa İttifaqının sədri ilə görüşlər keçirib və məsləhətləşmələr aparıb. Ona görə də İran Ermənistanın yeni siyasətini, o cümlədən Tehranla münasibətlərdə hansı prioritetlərə üstünlük verəcəyini Paşinyanın dilindən eşitmək istəyir. Ruhani də Nikolu İrana məhz buna görə dəvət edib”.

Politoloqun sözlərinə görə, Ermənistanın İranla yaxın münasibətlərinə baxmayaraq, Paşinyan əsas sirlərini Ruhani ilə bölüşməyəcək:

“Ruhaninin sözügedən dəvəti əslində çox planlı bir şəkildə hazırlanıb. Hazırda İran tərəfindən bütün səylər elə bir xüsusi ardıcıllıqla təmin olunur ki, Paşinyan Brüsseldə NATO nümayəndələri ilə görüşlərindən sonra İranla dialoqda baxışlarını açıq-aydın ifadə etsin. Ancaq təbii ki, Paşinyan İranda həmin görüşlərin mahiyyətini açıq-aşkar bəyan etməyəcək. Ermənistan sözsüz Qərblə yürüdəcəyi siyasətin detallarını heç Rusiya və Gürcüstana da bəlli etməyəcək. Paşinyan Qərbin yetirməsi kimi minimum məlumat verməklə daha çox iş görməyə və ölkəsinin Avropa istiqamətində inteqrasiyasını genişləndirməyə çalışacaq. Ancaq Qarabağ məsələsi həllini tapmadan Ermənistan üçün hər hansı ümidverici layihə və ya plan böyük irəliləyiş vəd etmir. Çünki Ermənistanın zəlil vəziyyətinə düşməsinin səbəbi Qarabağ müharibəsinin sona yetməməsidir. Bu baxımdan Avropa İttifaqı, ABŞ və ya başqa ölkələr İrəvana nə qədər vəd versə də, bu, təxrid vəziyyətində olan bir ölkəni xilas edə bilməz. Ermənistan daxildə də böyük risklərlə qarşı-qarşıyadır. Bu baxımdan İran siyasi elitası da Ermənistanın gələcək gedişləri ilə bağlı çox ehtiyatlı mövqe tutur. Həmçinin Rusiya da bu ruhda hərəkət edir”.

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani Ermənistan Baş naziri Nikol Paşinyanı İrana dəvət edib.

Tarix
2018.07.11 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla