Yuxarı

Hadisələrin arxasında bu ölkə durur – Sensasiyalı şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mitinqin kor-təbii olması, onun təşkilində hər hansı bir siyasi qüvvənin və yaxud təşəbbüs qrupunun olmaması xarici ölkələr tərəfindən yönləndirilməsi haqqında ehtimalları gücləndirir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, istintaqın nəticələri məlum deyil:

“Amma ilkin müşahidələri dilə gətirmək mümkündür. Şəhid olan polislərdən birinin Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Tahir Abbasovun qardaşı olması dini radikal qruplaşmalar tərəfindən bu hadisələrin törədilməsi ehtimallarını artırır. Hər iki öldürülən şəxs yüksək çinli polis məmurudur. Onların hər ikisinin də peşəkarcasına, xüsusi hazırlanmış bıçaqla öldürülməsi onu göstərir ki, bu, naşı adamların işi deyil, bilavasitə peşəkar adamlar tərəfindən əvvəlcədən hazırlanan və icra olununan terrordur. Artıq cinayət əməlini törədənlərin şəxsiyyəti də müəyyənləşdirilib. Hər iki caninin keçmişi kifayət qədər qaranlıqdır”.

Politoloq vurğulayıb ki, bütün bunları nəzərə alaraq, demək olar ki, dünən Gəncədə baş verənlər sıradan hadisə deyil:

“Bu hadisənin arxasında dövlətçiliyimizə, Azərbaycanın sürətli inkişafına, ölkəmizin müvəffəqiyyətli ordu quruculuğuna xor baxan, qənim kəsilən qüvvələr, dövlətlər durur. Onlar müstəqil Azərbaycanın mövcudluğunu sanki həzm etmək istəmirlər. Bu nöqteyi-nəzərdən şübhələr müxtəlif yerlərə aparır. Dini radikal qruplaşmalar deyəndə isə bölgədə İranın adı hər zaman öndə gəlir. İstintaqın hadisələrdə İran izinin olması ilə bağlı nəticəyə gəlməsi təəccüblü olmamalıdır. Çünki bölgədə islam ekstremistlərinin fəaliyyətinin hazırda İran tərəfindən istiqamətləndirildiyi hamıya bəllidir. Hər zaman belə işlərin arxasından İran tərəfindən yönəldilən müəyyən qüvvələrin çıxması məlum olur”.

Politoloq qeyd edib ki, İran saytlarında bunu qorxuducu, çəkindirici amil kimi təqdim etməyə çalışdılar:

“İran başa düşməlidir ki, onsuz da onlara qarşı beynəlxalq qısqac daralmaqdadır. Azərbaycan cəmiyyəti onların düşündüyündən daha ayıq, yaxın tarixində çoxsaylı proseslərin içindən keçib gələn cəmiyyətdir və dövlətimiz bu qaranlıq işlərin kökünü ən qısa müddətdə qazıyır və qazıyacaq. Ancaq İranın bu şəkildə özünü “reklam etməsi” heç də xeyrinə olmayacaq”.

Tarix
2018.07.11 / 13:31
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla