Yuxarı

İranın Gəncə provokasiyası – Eks-nazirin şok təhlili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə faciə baş verdi.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov paylaşıb.

“Öz xidməti öhdəliklərinin icrası zamanı cinayətkarlar tərəfindən polis zabitləri qətlə yetirilib. Gəncə icra başçısına bir neçə gün əvvəl edilən sui-qəsd kimi, polislərin də qətlə yetirilməsi cinayətkarlara mənən güc verilməsi üçün nəzərdə tutulub. Xüsusilə radikal şiəlik əlamətləri ilə təbliğ edilən “şəhidlər” haqları tapdalananların müdafiəçisi kimi təqdim edilir. Bu ideoloji model İran inqilabı ideologeminin surətidir.

Bu inqilabın əsası odur ki, “şəhid” haqları, ləyaqəti və şərəfi tapdananlar üçün qurban verilir.

Tələbəlik illərindən bu yana məndə və bəlkə də çoxlarında belə bir fikir formalaşıb ki, Gəncədən olan tələbə yoldaşlarım onları kiminsə təhqir etdiyi zaman heç bir dəstək gözləmədən xətirlərinə dəyən hər kəsə sərt cavab verirdilər. Ona görə də gəncəlilərin “şərəf və ləyaqətini” Moskva və ya Qumdan qorumağa gələn “müdafiəçi” haqqında qeyd edilən təbliğat sxemi yerli reallıqları az bilən rejissorun işinə bənzəyir.

Belə bir təəssürat yaranır ki, ya bizə göstərməyə çalışırlar, ya da ki, həqiqətən İran rəhbərliyində radikal dairələr Azərbaycandakı situasiyanı destabilizasiya etməyə, uzun müddətli sünni-şiə qarşıdurması yaratmağa çalışır. Əminəm ki, araşdırmalar dövlətçiliyə qarşı törədilən cinayətin əsl sifarişçiləri və icraçılarını müəyyən etməyə kömək edəcək.

Heydər Əliyevin hakimiyyətə gəldiyi dönəmdən bu yana Azərbaycanla İran münasibətlərinə “modus operandi” (davranış kodeksi) hökm sürüb. Buna əsasən Azərbaycan İranın daxili işlərinə qarışmır, İran isə özünün islam inqilabı ideologiyasını Azərbaycana ixrac etmir. Pis və yaxşı olaraq, bu qaydalara uzun illər ərzində əməl edilib. Bu gün isə biz görürük ki, İran rəhbərliyində hansısa qüvvələr bu qaydaları pozur və Gəncə hadisələri də bunu sübut edir.

İran dövlət nümayəndələri və diplomatları ilə dəfələrlə görüş zamanı mən də digər azərbaycanlılar kimi bir reallığı çox gözəl dərk edirdim ki, Azərbaycanın İranın siyasi elitası ilə münasibətlərində iki tendensiya bir-birinə daima qarşıdır. Bunlar düşmənçilik və mehriban qonşuluq idi. Müstəqilliyimizin müxtəlif dövrlərində fərqli qruplar Azərbaycanla münasibətlərdə siyasətin reallaşması üçün dominant rol oynayıb. Gəncədəki hadisələr göstərir ki, İranda Azərbaycanla qarşıdurmanın tərəfdarı olan siyasi qüvvələr ön plana çıxıblar. Bəs bunlar niyə baş verir?

Aydındır ki, bunun səbəbi Azərbaycan yox, İranın ətrafında yaranan situasiya və ABŞ administrasiyasının hazırkı siyasətidir. İran-İsrail qarşıdurması qaynar fazaya yaxınlaşır. Ölkəni Qərbi Avropaya yaxınlaşdırmaq istəyən antiiran koalisiyası daha təşkilatlanmış strukturlar əldə edir. Məncə, Tramp-Putin görüşündən sonra Rusiya siyasətində də antiiran tendensiyası güclənmə mərhələsinə keçəcək. Rusiyanın indiki zamanda İrandan uzaqlaşıb Türkiyənin və Qərb koalisiyasının tərəfinə keçməsi bu tendensiyanın güclənməsinə işarədir.

Əsas sual odur ki, niyə İranın rəhbərliyində reaksiya verəcək dairələr Azərbaycana qarşı belə açıq düşmənçilik addımı atıblar? İranla Azərbaycanın münasibətlərinin kəskinləşməsi zamanı Azərbaycan tərəfi yuxarıda İranın düşməni olaraq qeyd edilən bütün tərəflərdən, o cümlədən Rusiyadan dəstək alacaq. Moskva isə Azərbaycanı İranın təsir dairəsinə vermək istəmir. Azərbaycan dəfələrlə bəyan edib ki, xarici qüvvələrin antiiran fəaliyyətini həyata keçirdiyi ərazi olmaq istəmir. Əgər İran rəhbərliyi Azərbaycan dövlətinə qarşı Gəncədə törətdiyi provokasiyaları neytrallaşdırmasa, bu deklarasiyaya yenidən baxıla bilər” – deyə o bildirib.

Tarix
2018.07.11 / 14:33
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla