Yuxarı

Bu hadisəyə hazırlıq işləri aparılır - Siyavuş Novruzov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə dünən baş verən hadisə dövlətçilik əleyhinə qəsddir.

Bunu APA-ya açıqlamasında dünən Gəncədə baş verən hadisəyə münasibət bildirən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icraçı katibinin müavini Siyavuş Novruzov söyləyib.

S. Novruzov deyib ki, bu, hansısa qruplar tərəfindən atılmış addımdır: “Bunu əvvəlcə islamla, dinlə əlaqələndirdilər. İslam sülh, əmin-amanlıq dinidir. Mən İctimai birliklər və dini qurumlar komitəsinin sədri kimi bir daha bəyan edirəm ki, islamda qardaşlıq, dostluq var. İslamda müsəlmanın digər müsəlmanı öldürməsi qadağan edilib. Bu, istər Quranda, istər şəriətdə, istər sünnədə, istər müsəlman hüququnda ən ağır cinayətdir. Ona görə də baş verən hadisəyə nə din pərdəsi, nə başqa bir pərdə vermək olar. Sadəcə, bu, Azərbaycanı istəməyən qüvvələrin ölkəmizin son vaxtlar həyata keçirdiyi qlobal layihələr, Azərbaycan dövlətinin möhkəmlənməsi, xalq-iqtidar birliyi, regionlarda gedən abadlıq, quruculuq işləri və insanların sosial rifahının yaxşılaşdırılmasının qarşısını almaq üçün atdığı addımdır. Gəncədə baş verən hadisə göstərir ki, bu, terrordur. Terrorizmin əsas şərtlərindən biri ondan ibarətdir ki, daha böyük dövlət məmurunu öldürməklə insanlar arasında xof yaratsınlar. Bu adamlar terrorçudurlar. Bunlar Azərbaycan qanunları ilə ən sərt şəkildə ittiham olunmalıdırlar ”.

Millət vəkili qeyd edib ki, öncədən sosial şəbəkələrdə həmin təxribatçı qruplar insanları həyəcanlandırmaq üçün iyulun 10-da aksiya keçirəcəkləri barədə məlumatlar yayırdılar: “Bu, keçmiş KQB-dən irəli gələn bir məsələdir. Yəni öncədən hadisəni elan edirlər, əvvəlcədən də hazırlıq görürlər. Bu hadisə onların əvvəlcədən 6 aylıq planına daxil olan məsələdir. Yəni bu günün, yaxud sabahın məsələsi deyil. Bunun kökləri çox dərindədir. Bu hadisəyə hazırlıq işləri aparılır, təlim keçirlər. O adamlar seçilir ki, soyuqqanlı şəkildə bu addımı ata bilsin. Bu, təsadüfi hadisə deyil, planlaşdırılmışdır. Diqqət yetirsək, eyni zamanda Avropada oturanlar, xarici qüvvələrə nökərçilik edənlər hər bir saatdan internetdə sosial şəbəkələrdədir, bu məsələlərə öz münasibətlərini bildirirlər. Ancaq bu insanlar qabaqcadan məlumatlıdırlar ki, belə bir hadisə baş verəcək. Çünki həm o qüvvələr, həm daxildə bu hadisəni törədən, xof yaratmağa çalışanlar eyni mərkəzdən idarə olunurlar. Bunların bir-birindən fərqi yoxdur, hər biri eyni cinayəti törədib. Ona görə hər biri məsuliyyət daşıyır ”.

Tarix
2018.07.11 / 18:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla