Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 İyul 2018


Bakı bu ölkə ilə siyasi məsləhətləşmələr apardı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Azərbaycan və Bolqarıstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

XİN-dən Axar.az-a verilən xəbərə görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Bolqarıstan tərəfindən isə xarici İşlər nazirinin müavini Yuri Şterk rəhbərlik ediblər.

Bolqarıstanlı nazir müavini iki ölkə arasında siyasi münasibətlərin və qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğunu qeyd edib. O, Azərbaycanla Bolqarıstan arasında aparılan dialoqun intensiv və səmimi xarakter daşıdığını diqqətə çatdırıb. İkitərəfli münasibətlərin dövlət başçıları tərəfindən 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin ruhuna uyğun şəkildə inkişaf etdiyini söyləyərək, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin də yüksələn xətlə irəliləməsini gözlədiyini ifadə edib.

Nazir müavini Xələf Xələfov Azərbaycanla Bolqarıstanın tarixən bir-birinə maraq göstərdiyini yada salaraq, bugünkü ikitərəfli münasibətlərin də müsbət dinamika ilə seçildiyini, hər iki ölkənin rəhbərliyi səviyyəsində qarşılıqlı anlaşmanın olduğunu, beynəlxalq gündəlikdə duran bir sıra məsələlər üzrə Azərbaycan və Bolqarıstanın üst-üstə düşən və ya oxşar mövqe tutduğunu söyləyib. XİN-lər arasında təmaslar, o cümlədən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Sofiyaya planlaşdırılan səfəri, habelə hər iki ölkənin müvafiq nazirliklər və dövlət qurumları arasında qarşılıqlı səfərlərin faydalı olmasından bəhs edilib.

X. Xələfov Bolqarıstanın həmişə Avropa İttifaqı səviyyəsində Azərbaycanla əməkdaşlıq məsələlərinin təşviqinə görə qarşı tərəfə təşəkkür bildirərək, ölkəmizin xarici əlaqələr sistemində Avropa İttifaqının mühüm yer tutduğunu deyib. O, Bolqarıstanla kifayət qədər inkişaf etmiş müqavilə-hüquq bazasının mövcud olduğunu qeyd edərək, həmin zəmin üzərində energetika, nəqliyyat və kommunikasiyalar və digər sahələrdə əməkdaşlığın aparıldığını bildirib. Bununla belə, bu günə olan qarşılıqlı ticarət dövriyyəsinin ikitərəfli münasibətlərin potensialına cavab vermədiyi və iqtisadi əməkdaşlığa əlavə təkan verməsi məqsədilə müvafiq hökumətlərarası komissiyanın fəaliyyəti, müxtəlif biznes-forumların təşkili və s. addımlar atılmasının, qarşılıqlı sərmayələrin yatırılmasının vacibliyi vurğulanıb.

X. Xələfov Azərbaycanın Avropa məkanında, Əfqanıstan və Yaxın Şərqdə təhlükəsizlik və sabitliyin təmin edilməsinə, beynəlxalq terrorçuluqla mübarizəyə mühüm töhfə verdiyini, bu məsələlərdə Avropa İttifaqı ilə əməkdaşlıq etdiyini xatırladaraq, ölkəmiz üçün ümdə əhəmiyyət kəsb edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyün bərpa olunması əsasında nizama salınmasının zərurətini nəzərə çatdırıb.

Müzakirələr zamanı tərəflər Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi ilə əlaqədar Bolqarıstan qarşısında açılan yeni imkanlar, kənd təsərrüfatı və bu sahədə ixracın təşviqi barədə fikir mübadiləsi apardı. Görüş zamanı həmçinin, qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq məsələlər müzakirə edilib.

Tarix
2018.07.11 / 19:13
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Tramp bəşəriyyət naminə risklər edir – Maraqlı baxış

Tramp dünyanı təhlükəyə atır: nələr ola bilər?

İtaliya Bakının səmimi, sadiq tərəfdaşıdır - Mattarella

Ermənistan bunların heç birinə məhəl qoymur - İlham Əliyev

İlk dəfədir ki, İtaliya prezidenti... - İlham Əliyev

Prezidentdən Matarellanın şərəfinə rəsmi qəbul - Foto

Mixaylov İrəvanı hədələdi: Paşinyan bu addımı atarsa...

Şeyx İtaliya prezidenti ilə görüşdü - Foto

İtaliya prezidenti Qarabağla bağlı mövqeyini bəyan etdi

Prezident "Heydər Əliyev ordeni" verdi - 3 sərəncam

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla