Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Noyabr 2018


Etiraz aksiyasına xəncərlə gəlmək...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər xalqımıza, dövlətimizə qarşı çox iyrənc oyunlar oynanılır, ağlasığmaz hadisələr baş verir. Bütün bunları təkcə təəssüf hissiylə izləmək olmur, adamın, az qala, bağrı yarıla.

Dünyanın qan gölünə çevrildiyi bir məqamda, düşmənlərin vətənimizə göz dikdiyi bir zamanda ölkədəki asayişin qorunmasının birinci və ən önəmli amil olduğunu dərk etmək lazımdır.

Lap deyək ki, Rusiyadan basa-basa ölkəyə daxil olub, dövlət rəsmisinə silahlı hücum edən cinayətkar uzun illərdir ölkədə deyildi, kimlərinsə təxribatına uyub, bu hadisəni törətdi. Bəs sizə nə olub?! Siz ki bu ölkənin insanlarısınız, bu ölkənin havasını-suyunu qəbul edirsiniz, sevdikləriniz, ailəniz bu ölkədə yaşayır. Heçmi düşünmürsünüz ölkəni vətəndaş müharibəsinə sürükləyəcək çıxışlar, davranışlar, ilk növbədə, elə öz vətəninizə, ailənizə, sevdiklərinizə ciddi təhlükə yaradacaq?!

Gəncə ölkənin ikinci ən böyük şəhəridir, məhz buranın hədəf seçilməsi təsadüfi ola bilməz. Demək ki, hansısa kənar qüvvələr ölkəni qarışdırmaqda maraqlıdır və başlanğıc nöqtə olaraq Gəncəni seçiblər.

Təxribatlara uymamaq, ictimai asayişi pozmamaqla bağlı dəfələrlə xəbərdarlıq edildi. İstər hökumət səviyyəsində, istər fərdi qaydada insanlara “icazəsiz mitinqə getməyin” deyildi. Lakin çox təəssüf ki, bütün çağırışlara baxmayaraq, insanlar sözdə qəhrəmanlaşdırdıqları cinayətkarı müdafiə etmək adıyla aksiya təşkil etdilər.

İki polis əməkdaşının öldürülməsi məsələnin necə ciddi və müəyyən qüvvələr tərəfindən təşkil olunmasına sübutdur. Bu xalqın elə bir nümayəndəsi ola bilməz ki, asayişi təmin etməyə çalışan polisə hücum çəkib öldürsün. Tariximizin hansı səhifəsində belə bir vəhşilik olub?

Lap deyək ki, bu vəhşiliyi edəcək cani də tapdı hansısa provokatorlar, barı polisimizin qanı töküləndə ayılaydınız. Axı ölkədə xaos təkcə sizin deyil, övladlarınız üçün də təhlükəlidir. Biz axı hüquq dövlətində yaşayırıq. Kimsə bu ölkədə etiraz etmək haqqından məhrum edilməyib. Amma silaha sarılmaq, kütləvi aksiyalar təşkil edib iğtişaşlar yaratmaq, polis qatili olmaq cinayətdir, terrordur!

Bir düşünün, görün, bu hadisələrin nəticəsi nələrə səbəb ola bilər. Çox da uzaq keçmişə boylanmayın, elə ərəb ölkələrindəki vəziyyət bəs edər anlamağa.

Nə deyirsiniz, ölkə dağılsın, bir-birimizi qıraq, sağ qalanlarımız da müəyyən yollarla başqa ölkələrə sığınsın?!

Etiraz aksiyasına xəncərlə gəlmək bu olayın mahiyyətini ortaya qoyur. Əmin olun, başqa ölkənin polisi olsaydı, xəncərlə ona hücum çəkən vətəndaşı gözünü qırpmadan güllələyərdi. Dəfələrlə də belə halın şahidi olmuşuq. Amma bizim polisimiz bunu etmədi.

Dövlətçiliyi qorumaq lazımdır. Əks halda sabah sözlə etiraz etmək haqqınız belə olmayacaq. Radikal qruplaşmaların maşası olmaq sizə nə qazandıracaq?

Tarix
2018.07.12 / 08:30
Müəllif
Vəli Hüseyn
Şərhlər
Загрузка...
Digər xəbərlər

Prezident böyük bir humanizm sərgilədi

Bu, birbaşa Prezidentin diqqətindədir - Millət vəkili

Rəsmi Parisdən Bakının etirazına - Cavab

Qarabağ erməniləri Bakı ilə danışıqlara gedə bilər

Makronun reytinqi düşdü: Trampla gərginliyin səbəbi...

Taliblər hakimiyyətə qayıdır: ABŞ bacarmadı – Şərh

Abel Məhərrəmovun qardaşı vəzifədən çıxarıldı? – Rəsmi

KTMT-nin Ermənistan problemi: Rəsmi İrəvanın qısqanclığı...

“Azərbaycandan gəlmələr” İrəvanda etiraza qalxdı - Video

Akademikdən Abel Məhərrəmova tənəli sözlər...

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla