Yuxarı

Gəncə təxribatının minimal və maksimal hədəfləri...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan polisi bu günlərdə çox böyük rəşadət göstərdi, qəhrəmanlıq səhifəsi yazdı. Gəncədə iki yüksək rütbəli polis zabiti qətlə yetirildi, onlar şəhidlik zirvəsinə yüksəldilər. Bir daha məlum oldu ki, bu dövlətimizin keşiyində dayanan Azərbaycan xalqı, Azərbaycan polisi, qəhrəman oğullarımız sabitliyimiz, təhlükəsizliyimiz, dövlətçiliyimiz naminə öz canlarından keçməyə hazırdırlar.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, bu günlərdə Azərbaycan xalqı bu sınaqdan daha bütöv, daha möhkəm, daha monolit çıxdı:

“Gəncədə baş verən insident birbaşa olaraq iyulun 3-də Elmar Vəliyevə qarşı törədilmiş terror aktı ilə bağlıdır. Bu iğtişaş da onun davamı kimi qiymətləndirilə bilər. Bu nöqteyi-nəzərdən 150-200 nəfərlik ixtişaşçı qrupun, dini radikal qruplaşma üzvlərinin Gəncə şəhərinin mərkəzində törətdikləri cinayət də adi cinayət deyil, bunlar birbaşa terror əməli kimi qiymətləndirilməlidir. Bu cinayəti törədənlərin bütün hərəkətləri siyasi motivlidir. Bu motiv ilk növbədə hakimiyyət, ölkədə təhlükəsizlik və sabitlik əleyhinə yönəlib. Güman edirım ki, radikal dini ünsürlərin həm minimum, həm də maksimum proqramları olub. Minimum proqramlarına ilk növbədə Gəncədə sabitliyi pozmaq, təhlükəsizlik mühitini aradan qaldırmaq, vətəndaş itaətsizliyinə nail olmaq və nəticədə Gəncəni xaosa sürükləmək daxildir. Maksimum proqramları isə Gəncədəki hadisələri ölkənin digər bölgələrinə transfer etmək, son nəticədə paytaxt Bakıda analoji hadisələr həyata keçirməklə bütün ölkədə xaos yaratmaqdan ibarət ola bilər. Bütün bunların ardından ölkənin konstitusion quruluşunu dəyişmək və hakimiyyəti ələ keçirməklə Azərbaycanı şəriət qanunları ilə idarə edən bir dövlətə çevirmək onların əsas məqsədidir”.

Millət vəkilinin sözlərinə görə, hər bir planın icraçıları olduğu kimi, onun təşkilatçıları da olur:

“Təşkilatçılar isə xaricdə olan ermənipərəst, erməni siyasi mərkəzlərindən idarə olunan, islamofob qüvvələrdir. Onlar Azərbaycanın sürətlə inkişaf etməsini, inkişaf etmiş dövlətlər sırasına daxil olmaq istəməsini, islam həmrəyliyinin formalaşmasına töhfələr verməsini həzm edə bilmirlər. Çünki bu gün Azərbaycan müsəlman aləmində bir sabitlik adasına çevrilib və bununla da islamofob qüvvələrin müsəlman dünyası haqqında mənfi imic formalaşdırmasına mane olur. Bütün bunları həzm edə bilməyən qaragüruhçu qüvvələr ilk növbədə Azərbaycanın qədim şəhəri, dövlətçilik ənənələri, Azərbaycan tarixində müstəsna yeri olan və fəxrlə yüz illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olan Gəncə şəhərində bu iğtişaşları törədərək, ictimai asayişi pozaraq, Azərbaycanın digər ərazilərində domino effektinə nail olmaq istəyirdilər. Lakin onların bu niyyətləri gözündə qaldı, ünvanı səhv saldılar”.

Millət vəkili vurğulayıb ki, bəzi müsəlman ölkələrində belə ssenarilər baş tutsa da, Azərbaycanda baş tutması qeyri-mümkündür:

“Çünki bunun üçün Azərbaycanda heç bir münbit şərait yoxdur. Azərbaycanda xalq-hakimiyyət birliyi var, xalq öz prezidentini birmənalı şəkildə dəstəkləyir. Aprelin 11-də keçirilən prezident seçkilərində bir daha Azərbaycan xalqı birmənalı olaraq prezidentə dəstəyini ifadə etdi. Azərbaycanda şəffaf, demokratik seçkilər nəticəsində İlham Əliyev yenidən prezident seçildi. Prezident də ayrı-ayrı beynəlxalq siyasi dairələrin, dövlətlərin diktəsi ilə deyil, məhz Azərbaycan dövlətinin, xalqının və millətinin mənafeyindən irəli gələn bir siyasət həyata keçirir”.

Millət vəkili Azərbaycan xalqının bu sınaqdan da uğurla çıxdığını bildirib:

“Bir daha məlum oldu ki, güclü xalq-hakimiyyət birliyi var. Xalq bu qüvvələrə “yox” dedi, qeyri-qanuni hərəkətlərə öz etirazını bildirdi. Bu qaragüruhçu qüvvələr xalqın ciddi qınaq obyektinə çevrildi”.

Tarix
2018.07.12 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla