Yuxarı

Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə baş verən hadisəni qətiyyətlə pisləyirəm. Bu hadisələr din pərdəsi altında məkrli qüvvələrin Azərbaycan dövlətçiliyinə qarşı qəsdidir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib. O bildirib ki, heç bir qüvvə Azərbaycanımızı tutduğu müstəqillik və inkişaf yolundan, xalqımızı vətəndaş həmrəyliyindən döndərə bilməyəcək:

“Niyyət Azərbaycanda sabitliyi pozmaq, vətəndaş qarşıdurması yaratmaq idi. Onlar bununla Azərbaycanda xaos yaratmaq istəyirdilər, çünki ölkəmizdə xaos o terrorçuların arxasında duran qüvvələrin planlarının tərkib hissəsidir. Heç şübhəsiz ki, Azərbaycan polisinin qətlə yetirilməsi inanılmaz bir dəhşətdir və təəssüf ki, zabitlərimizin qətlə yetirilməsi orada toplaşan insanların gözü qarşısında baş versə də, heç kim bu qətlin törədilməsinin qarşısını almağa cəhd etməyib. Bu, xüsusilə böyük təəssüf doğurur. Azərbaycan polisi hər zaman Azərbaycan dövlətçiliyinin yanında olub, sabitliyimizin təmin olunmasında polislərimizin müstəsna xidmətləri var. Asayişin bərpasını öz çiyinlərində daşıyan zabitlərimizin qətlə yetirilməsi yolverilməzdir. Əslində bu, Azərbaycan dövlətinə qarşı qəsd kimi dəyərləndirilməlidir”.

Millət vəkili vurğulayıb ki, məkrli qüvvələr öz niyyətlərinə çatmayacaq:

“Biz bundan əminik. Çünki hadisələrin gedişi göstərdi ki, bütövlükdə Gəncə əhalisi hər zaman olduğu kimi, yenə də Azərbaycan dövlətçiliyinin, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanılmasının yanındadır. Bundan başqa, Azərbaycan xalqı ilə ölkə başçısının sıx vəhdəti var. Azərbaycan qüdrətli ölkədir, güclü dövlətdir. Belə bir durumda məkrli qüvvələrin niyyətləri Azərbaycanda heç vaxt həyata keçməyəcəkdir”.

Millət vəkili gəncəlilərdən bu və buna bənzər təxribatlara bundan sonra qətiyyətli mövqe göstərmələrini xahiş edib:

“Hər hansı bir məmurun işində olan nöqsanlara görə narazı qalanlar hər yerdə ola bilər. Hansısa məmurun fəaliyyətini bəyənməmək mümkündür. Həmin narazı olanların etirazını bildirmək hüququ var. Amma bu etiraz məmura və deməli, dövlətə silah çəkmək ola bilməz. Bu və ya digər anlaşmazlıqlar, narazılıqlar vandal üsullarla, qətllərlə, güllələrlə, bıçaqlarla müşayiət oluna bilməz. Əgər müşayiət olunursa, demək, burda niyyət, hədəf başqadır; demək, hədəf məmur özbaşınalığı deyil, dövlətə qarşı çıxmaq, kimlərinsə sifarişini icra etməkdir, xarici qüvvələrin əlində alət olmaqla, ölkəni xaosa sürükləmək cəhdidir”.

Tarix
2018.07.12 / 12:50
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla