Yuxarı

"Azərişıq"dan elektrik kəsintisi ilə bağlı - Önəmli məlumat...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:25

Bakının bir çox ərazisinə elektrik enerjisinin verilməsi dayanıb.

Axar.az xəbər verir ki, enerji kəsintisinin səbəbi açıqlanmayıb.

***

Azərenerji ASC-nin mətbuat katibi Yəhya Babanlının Axar.az-a verdiyi məlumata görə, Ağsu rayonu Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında taxıl zəmilərində baş vermiş yanğın nəticəsində elektrik enerjisi təminatında müəyyən məhdudiyyətlər yaranmışdır.

Y.Babanlı təhlükə aradan qalxdıqdan sonra elektrik enerjisinin bərpa ediləcəyini bildirib.

***

“Azərenerji” ASC-yə məxsus 500 kVt-luq Abşeron yüksək gərginlikli hava elektrik verilişi xətlərinin Ağsu rayonu Bico kəndi ərazisində yanğın baş verib və nəticədə Bakı şəhəri, Abşeron yarımadası və regionlarda elektrik enerjisi təchizatında 27% həcmində məhdudiyyət tətbiq olunub.

Axar.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

”Azərişiq” ASC öz şəbəkələri vasitəsilə I kateqoriyalı obyektlərin–Bakı Metrosu, Heydər Əliyev hava limanı, su-kanalizasiya, xəstəxanalar, dövlət əhəmiyyətli obyektlərin elektrik enerjisi təchizatında məhdudiyyətlər tətbiq etməyib, hazırda həmin obyektlər elektrik enerjisi ilə tam təmin olunurlar.

"Yaranmış narahatçılığa görə ”Azərişiq” ASC istehlakçılarından üzr istəyir", - deyə məlumatda vurğulanıb.

Tarix
2018.07.12 / 18:06
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Siyarto bu gün Azərbaycana gəlir

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla