Yuxarı

Zaxarova Qarabağdan danışdı: Yekun qərar...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan münaqişə bölgəsində ATƏT müşahidəçilərinin sayının artırılması ilə bağlı yekun qərara gələ bilməyiblər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi ilə bağlı suala cavabında deyib.

M. Zaxarova bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı 2016-cı ildə Vyana və Sankt-Peterburqda keçirilən görüşlərdə Azərbaycan və Ermənistan prezidentləri münaqişə zonasında sabitliyə istiqamətlənən addımları, sülh prosesinə yardım edən atmosferin yaradılmasını müzakirə ediblər: “Bu məqsədlə onlar münaqişə bölgəsində beynəlxalq müşahidəçilərin sayının artırılması ilə bağlı razılığa gəliblər. Bu mövzu xarici işlər nazirlərinin bu ilin əvvəlində Krakovda keçirilən görüşündə müzakirə olunub, əlavə müşahidəçilərin olması və bununla əlaqədar digər məsələlərlə prinsipial anlaşma əldə olunub. Lakin tərəflər bununla bağlı hələ ki yekun qərara gələ bilməyiblər. Hazırda Ermənistanda yeni rəhbərlikdir. Ümid edirik ki, tərəflərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı, müşahidəçilər məsələsi da daxil olmaqla, bir sıra geniş məsələləri müzakirə edəcəyi yenə görüşlər olacaq”.

Tarix
2018.07.12 / 18:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla