Yuxarı

“Onların fəaliyyəti dayandırılmalı, özləri həbs edilməlidir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevirdə qəza baş verərkən və Gəncə hadisələri zamanı bəzi saytlar və Feysbuk səhifələrində Azərbaycanda vətəndaş qarşldurmasını alovlandırmağa, milli, etnik, dini ayrı-seçkiliyi təbliğ edərək mövcud tolerantlıq mühitini pozmağa çalışan materiallar dərc edildi. Hətta bəziləri Gəncədə baş verən hadisələri canlı yayımlayaraq, məsələyə başqa don geyindirməyə çalışdılar.

Bəs maraqlıdır, bu cür saytlar, Feysbuk səhifələri kimlər tərəfindən idarə olunur, maliyyələşir və onların məqsədləri nələrdən ibarətdir?

Məsələ ilə bağlı “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, analitik Elçin Mirzəbəylinin Axar.az-a müsahibəsini təqdim edirik:

- Bu resursların antiazərbaycan təbliğatına qarşı hansı tədbirlər görülməlidir?

- İlk növbədə bu saytların fəaliyyəti araşdırılmalıdır. Yəqin ki, artıq bu istiqamətdə araşdırmalar aparılır. Fəaliyyət istiqamətindən asılı olmayaraq, ölkənin təhlükəsizliyinə, həmçinin informasiya təhlükəsizliyinə zərbə vuran, qarşıdurmaya çağıran, ölkədə xaos yaratmağa cəhd göstərən və Azərbaycanın konstitusion quruluşuna qarşı edilən çağırışları yayımlayan bütün saytların, informasiya vasitələrinin fəaliyyəti dərhal dayandırılmalı, onları maliyyələşdirən və idarə edən insanlar müvafiq qaydada məsuliyyətə cəlb olunmalıdır. Bu məsələdə ictimai qınaq və s. kimi fikirlərin hər hansı bir effekti ola bilməz. Ölkənin təhlükəsizliyinə kimsə zərbə vurmağa çalışrsa, o, konkret cinayət əməli törətmiş olur. Cinayət əməlinə görə də Azərbaycan Cinayət Məcəlləsinin müvafiq müddəalarında məsuliyyət nəzərdə tutulub. Hesab edirəm ki, bu informasiya daşıyıcıları əməlləri ilə artıq özlərinin kütləvi informasiya vasitəsi olduğunu şübhə altına alıblar. Çünki onların fəaliyyəti Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələri haqqında qanunun prinsiplərinə, o cümlədən Jurnalistlərin Etik Davranış Kodeksinə qətiyyən uyğun gəlmir. Ona görə də onların əməlləri təxribatçı əməldir. Bu əməl də ən sərt şəkildə cəzalandırılmalıdır. Eyni zamanda, qabaqlayıcı tədbirlərin görülməsinə də ehtiyac var. Onların bir çoxu insan həyatına sui-qəsd törədilməsinə, qanuni hakimiyyətin silahlı yolla dəyişdirilməsinə çağırışlar edirlər. Bunlar nəinki Azərbaycan qanunvericiliyində, eyni zamanda, fəaliyyət göstərdikləri ölkələrin qanunvericiliyində də, beynəlxalq hüquq normalarında da cinayət hesab olunur. Hesab edirəm ki, Azərbaycan hüquqşünasları artıq bu istiqamətdə düşünməlidir. Bu şəxslərin bilavasitə yayımladığı qanunsuz çağırışları müvafiq qaydada onların yaşadığı ölkələrə təqdim etməli və bu insanların məsuliyyətə cəlb olunması istiqamətində addımlar atılmalıdır. Faktiki olaraq, dünyanın hər yerində belə çağırış edənlər qanunla ən sərt şəkildə cazalandırılır və bu şəxslər qanunun aliliyindən kənarda qalmalı deyillər.

- Xaricdən onların apardığı antiazərbaycan təbliğatının Azərbaycan ictimai rəyinə təsiri nə qədərdir?

- Azərbaycanın ictimai rəyinə xaricdə fəaliyyət göstərən bəzi qrupların ciddi təsir edə biləcəyini düşünmürəm. Çünki burada söhbət tör-töküntülərdən gedir. Onların hər hansı bir formada ictimai rəyi yönləndirmək, istiqamətləndirmək imkanları yoxdur. Bu qruplar bu günə qədər daha çox siyasi müstəvidə çağırışlar edərək fəaliyyət göstərirdilər. İndi isə daha radikal, dini müstəvidə və digər istiqamətlərdə çağırışlara başlayıblar. Bu günə qədər onların səsləndirdiyi fikirlər effektiv nəticə vermədiyi kimi, bundan sonra da hədəflərinə çatacağını düşünmürəm.

- Azərbaycan mediası, sosial şəbəkə istifadəçiləri bu resursların və onların arxasında duran qüvvələrin ifşa edilməsi üçün nə etməlidir?

- Şübhəsiz ki, bununla bağlı ciddi materialların hazırlanması, bu qəbildən olan təbliğata qarşı peşəkar təbliğatın həyata keçirilməsi, azərbaycanlı media nümayəndələrinin, blogerlərin bu istiqamətdə fəal işinin təşkil olunması lazımdır. Radikalizm anlayışı, onun mahiyyəti, islamın radikalizmə qarşı olması, ümumiyyətlə, bütün ənənəvi dinlərin qeyri-qanuni davranışlara, insan həyatına qəsdə qarşı olduğu xüsusi olaraq vurğulanmalı, izahı verilməli və bu istiqamətdə də təbliğat genişləndirilməlidir. Digər tərəfdən, dini müstəvidə təbliğat da sadəcə məscidlərdə xütbə oxumaqla yetərli deyil. Hesab edirəm ki, bu təbliağatın da modern formada ortaya çıxması lazımdır.

- Bu resursların Azərbaycandakı radikal dindarlarla əlaqəsi varmı?

- Azərbaycandakı radikal dindarların sayının çox olduğunu düşünmürəm. Xaricdə olan dairələrin, qüvvələrin, eyni zamanda, onların Azərbaycanda olan tör-töküntülərinin ekstremist qruplarla əməkdaşlığı yeni hadisə deyil. Bundan öncə də biz konkret olaraq, terror əməlində günahkar bilinən, günahı sübuta yetirilən Taleh Bağırzadə və digərlərinin bu şəxslərlə, Azərbaycandakı bəzi siyasi qruplarla, onların kənardakı əlaqələri ilə yaxından münasibəti olduğunu bilirik. Bu şəxslər də vaxti ilə həmin radikal, ekstremist qrupları açıq şəkildə müdafiə edirdilər, hətta onlarla yaxından əməkdaşlığa da can atırdılar. Bu aspektdən bu əlaqələr əslində ortadadır. Şübhəsiz, Azərbaycanda xaricdən dini ideologiyanın ötürülməsinə, daxili sabitliyin pozulmasına yönəlmiş istənilən davranışın aradan qaldırılmasına ən sərt şəkildə cavab verilməlidir və bu istiqamətdə ölkə vətəndaşlarının da aktiv olmasına ehtiyac var.

Tarix
2018.07.13 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla