Yuxarı

Azərbaycanın gizli əsgərləri: Onlar kimdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim toplumun müəyyən qismində polislərə qarşı bəzi neqativ fikri hardasa başa düşmək olur. Bəzən hansısa polisdən qanunsuz hərəkət və ya vəzifə səlahiyyətlərindən sui-istifadə halı gördükləri üçün onlarda bir izaholunmaz inamsızlıq formalaşır. Ancaq özünüz düşünün: bir, üç, beş, lap elə on polisin etdiyi yanlışı bütün polis işçilərinə şamil etmək olarmı?

Azərbaycan polisi kimdir? Baxın:

* Müstəqilliyin ilk illərində Azərbaycanda yaradılmış kriminal durum – qanuni oğruların, avtoritetlərin ölkəni öz aralarında bölməsi polis orqanlarımızın qətiyyətli addımları ilə sona çatdı. Bu gün qanuni oğrular ölkəmizdə nəinki cinayətlər törədə, heç ölkəyə girə də bilmirlər.

Bütün postsovet məkanında vəziyyət belədirmi?

Özünüz müqayisə edin!

* Ölkədən ən fövqəladə hallarda – Əli İnsanovun, Fərhad Əliyevin, elə Eldar Mahmudov şəbəkəsinin zərərsizləşdirilməsində güvənilən güc strukturlarından biri kim idi?

* 2015-ci ilin 19 mayında binada yanğın olan zaman polislərimiz böyük şücaət göstərərək, yanğının içindən onlarla insanın həyatını qurtardılar. Polislərimizdən birinin qəhrəmanlığı – körpəni alovlar içindən çıxarması dünyanın nüfuzlu nəşrlərində yayımlandı.

Qəza baş verir; oğurluq olur, qətl törədilir, dava düşür, itiyimiz itir, tıxac yaranır, yanğın qopur, biri ilə sözümüz çəp gəlir... – hər zaman polisi arayırıq.

Dəfələrlə sosial şəbəkələrdə, mətbuatda bu məzmunlu məlumatlar, fotolar paylaşılır: “Azərbaycan polisi yolu keçə bilməyən qadına kömək etdi”, “Polisimiz xəstəyə qan verərək, onun həyatını qurtardı”, “Polis yükünü daşıya bilməyən yaşlı kişiyə yardım etdi” və s.

Bəzən saatlarla, hətta günlərlə yuxusuz qalırlar; bəzən vəzifə başında ölümlə üzləşirlər. Onlar, bir növ, formalarını əyinlərinə kəfən olaraq geyinib xidmətə çıxanlardır...

Bunları şəhid polkovnik İlqar Balakişiyevin son sözünə görə xatırlamaq və xatırlatmaq qərarına gəldim. Şəhid polisimizin son sözü “gəncəlilər mənə əl qaldırmaz” olub. Yadıma “Nəsimi” filmi düşdü. Orda da deyir ki, “o qılıncı mən qayırmışam, məni kəsməz”.

Bəli, polisimiz vətəndaşına güvənərək, inanaraq onun üstünə getmiş, etdiyi şeyin yalan olduğunu demək istəmişdi. Ancaq şəhid edildi.

Bir də insanı dərindən sarsıdan başqa detal var: şəhid xəbəri cəbhədən gələr, ölkənin mədəniyyət beşiyindən – Gəncədən yox ki!

Əsgərimizi sevirik, bəs, polisimizi? Bu, vətənin dar günündə “xüsusi təyinatlı” adı ilə yağıdan torpağımızı qorumaq üçün canını qoyan həmən polisdir, axı!

Bu, bizə arxalanıb, bizə güvənib, “mənə heç nə etməzlər” deyib, radikalların belə içinə özününkü kimi girən polisimizdir, axı!

Bu, bizim üçün özünü qurban verməkdən çəkinməyən qardaşlarımızdır, axı!

Kəmər taxmadığınıza görə cərimə olunmağınızdan dolayı qarasına deyindiyiniz polisin xidmətlərini niyə görmürsünüz? O kəməri belə bizim təhlükəsizliyimiz üçün zorla sinəmizə taxdırdığının fərqində niyə olmursunuz?

Əsgər – bizi düşməndən qoruyan, polis – bizi özümüzdən qoruyandır.

Polis - əslində gizli əsgərimizdir.

Onları qorumaq da bizim borcumuzdur!

Tarix
2018.07.13 / 17:30
Müəllif
Vəli Hüseyn
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla