Yuxarı

Prezidentin bu səfəri onlara cavabdır - Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin bu günlərdə Brüsselə etdiyi səfər olduqca uğurlu hadisələrlə yadda qaldı. Azərbaycanın bütün sahələrdə ildən-ilə böyük uğurlara imza atdığı bir dövrdə bəzi beynəlxalq təşkilatların ölkəmizə qarşı qərəzli mövqeləri fonunda Brüsseldə Avropa İttifaqı və NATO kimi nüfuzlu təşkilatlarla əməkdaşlığımızın daha da gücləndirilməsi ölkəmizə qara piar həyata keçirən qurumlara cavabdır. Təbii ki, bu tipli təşkilatların ölkəmizə qərəzli yanaşmaları hər bir Azərbaycan vətəndaşını narahat edir və bu, ictimaiyyətdə təəssüf hissi yaradır. Biz bunu hər zaman riyakar, ikili standartlara yanaşma kimi qiymətləndiririk. Bu səfər zamanı Prezident İlham Əliyevin istər Avropa İttifaqında, istər NATO-da keçirdiyi görüşlər qərəzli qüvvələrə ən layiqli cavab oldu. Həqiqətən də bu səfər zamanı Prezident İlham Əliyevin keçirdiyi görüşlərdə, imzalanan sənədlərdə çox vacib və xarici siyasətimiz üçün önəmli olan prioritetlər öz əksini tapdı.

Axar.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputat qeyd edib ki, əldə olunan uğurlardan biri də torpaqlarımızın 20 faizini işğal edən Ermənistana qarşı münasibət, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı açıq mövqelərdir. Bu gün Azərbaycan ictimaiyyəti əldə edilən uğurları çox yaxşı bilir, Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri cərgəsindədir. Amma bütün bunlara baxmayaraq, hər birimizi daha çox düşündürən, ümummilli marağımız olan Dağlıq Qarabağ məsələsi ilə bağlı narahatlığımızdır. Beynəlxalq təşkilatların riyakar, qərəzli, ikili standartlara əsaslanan yanaşmasını Azərbaycan ictimaiyyəti qəbul edə bilməz. Prezident İlham Əliyevin keçirdiyi yüksək səviyyəli görüşlərdə və imzalanan sənədlərdə bizi narahat edən bütün suallar cavabını tapdı. Bu da Azərbaycan ictimaiyyətində Prezidentimizin xarici siyasətinə olan inamı bir daha artırdı. Azərbaycan xalqı öz liderinə inanır, onun ətrafında sıx birləşib, Azərbaycan xalqının mütləq əksəriyyəti birmənalı olaraq aprelin 11-də keçirilən seçkilərdə səs verərək dövlətimizin başçısı İlham Əliyevə yenidən böyük etimad göstərdi. Prezidentimiz də xalqımıza arxalanır. Ölkəmizdə xalq-iqtidar birliyi uzun illərdir davam edir, bundan sonra da davam edəcək. Lakin həlli dalana dirənmiş Dağlıq Qarabağ problemi ilə bağlı ictimaiyyət hər dəfə yeni bir cavab, yanaşma gözləyir. ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələ ilə bağlı 25 ildən çoxdur fəaliyyət göstərmələrinə baxmayaraq, heç bir nəticə əldə etməyiblər.

Məlahət İbrahimqızı, həmçinin bildirib ki, Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşü zamanı Azərbaycan ictimaiyyətini narahat edən bütün suallara ölkəmizin haqlı mövqeyinə uyğun cavablar verildi. Narahatlıq doğuran məqamlar Azərbaycan həqiqətlərinə uyğun olaraq imzalanmış sənəddə öz əksini tapdı. Çünki Azərbaycan xalqı haqlıdır, Dağlıq Qarabağ məsələsində Azərbaycan istər beynəlxalq hüquq normalarında, istərsə də siyasi aspektlərdə həm haqlıdır, həm üstündür, həm də qalibdir.

Avropa İttifaqı Şurası ilə Azərbaycan arasında imzalanan sənəd hər iki tərəf üçün çox əhəmiyyətlidir. Azərbaycanın bütün sahələrdə marağına uyğun sənəd qəbul olundu. Donald Tusk çıxışında görüşün məhsuldar olduğunu və belə görüşlərin yalnız dostlar arasında keçdiyini söyləməsi Azərbaycana verilən dəyərin göstəricisidir. Donald Tusk Azərbaycanla Avropa İttifaqı arasındakı tərəfdaşlığı yüksək qiymətləndirdi. Onun bu tərəfdaşlığı belə qiymətləndirməsi Azərbaycanın Avropa və dünya üçün əhəmiyyətindən xəbər verir. Bu da Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticəsidir.

Prezident İlham Əliyev görüşlərdəki çıxışlarında Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələri vurğuladı. Bildirildi ki, ölkəmiz sivilizasiyalar arasında təbii, coğrafi və mədəni bir körpüdür. Azərbaycanda insan kapitalına və dinlərarası dialoqa qoyulan sərmayə bu gün öz müsbət nəticələrini verir və bu sahədə işlər gələcəkdə də davam etdiriləcək.

Prezident İlham Əliyevin NATO Sammitində çıxışı zamanı ölkəmizin 20 ildən artıq müddət ərzində bu Alyansa verdiyi töhfələrdən danışdı, Azərbaycanın NATO-nun etibarlı əməkdaşı olduğunu qeyd etdi. Ümumiyyətlə, Azərbaycan regional təhlükəsizlik və sabitlikdə mühüm rol oynayan bir ölkədir. Baxmayaraq ki, ölkəmizin ərazisinin 20 faizi işğal altındadır, Azərbaycan təhlükəsizlik və sabitlik müstəvisində qlobal sülhə çox böyük töhfələr verir. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində istər Avropa İttifaqı Şurası, istərsə də NATO tərəfindən qəbul olunan sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əks olunub.

Deputat qeyd edib ki, ötən illər ərzində Azərbaycan Avropa İttifaqının müxtəlif strukturları, quruma daxil olan ölkələr ilə çox sıx əməkdaşlıq edib. Bu günədək Azərbaycan Avropa İttifaqına üzv olan bir çox ölkələrlə strateji tərəfdaşlıqla bağlı müxtəlif sənədlər imzalayıb və ya qəbul edib. Bunun özü Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın nə qədər yüksək səviyyədə olduğunu göstərir. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı siyasi, iqtisadi, təhlükəsizlik, enerji sahələrini əhatə edir. Bu illər ərzində böyük əhəmiyyətə malik bir çox layihələr həyata keçirilib. Son illərdə xüsusilə nəqliyyat sahəsində əməkdaşlığın inkişafını qeyd etmək olar. Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq çərçivəsində dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanın milli və dövlətçilik maraqları baxımından prinsipial və qətiyyətli mövqeyi çox yüksək qiymətləndirilməlidir. Ən vacib məsələlərdən biri də Avropa İttifaqı rəhbərləri ilə keçirilən görüşlərdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi məsələsi idi ki, buna nail olundu. Bu mənada səfər çox uğurla başa çatdı. Bu səfər əməkdaşlığın daha da genişlənməsinə və möhkəmlənməsinə xidmət edəcək, strateji tərəfdaşlığa böyük töhfə verəcək.

Tarix
2018.07.14 / 21:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla