Yuxarı

İlham Əliyev İspaniyanın Baş naziri ilə görüşüb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Vilnüsdə İspaniya Krallığının Baş naziri Mariano Rahoy Brey ilə görüşmüşdür.

Baş nazir Mariano Rahoy Brey dövlətimizin başçısı İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik etdi və ona fəaliyyətində uğurlar arzuladı. O, İspaniya Kralının salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi. Azərbaycan ilə İspaniyanın beynəlxalq təşkilatlar, o cümlədən BMT çərçivəsində uğurla əməkdaşlıq etdikləri vurğulandı. İqtisadiyyatın biznes, inşaat, kənd təsərrüfatı, energetika və digər sahələrində əlaqələrimizin genişləndirilməsilə bağlı ətraflı müzakirələrin aparıldığı görüşdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin önəmi qeyd edildi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev İspaniya Kralının salamlarına görə təşəkkürünü bildirdi, onun da salamlarını Krala çatdırmağı xahiş etdi.

Tarix
2013.11.29 / 20:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla