Yuxarı

Respublikaçılardan Trampa sərt tənqid: Putinlə görüşdə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Respublikaçılar Partiyasının nüfuzlu nümayəndələri Prezident Trampın Prezident Putin ilə görüşü zamanı Birləşmiş Ştatların və ABŞ xüsusi xidmətlərinin ünvanına Tramp tərəfindən deyilmiş sözlərdən narazı olduqlarını bildiriblər.

Axar.az xəbər verir ki, bir müddət öncə Amerikanın 17 xüsusi xidmət orqanı ciddi təhqiqat aparandan sonra onlar bu nəticəyə gəliblər ki, Rusiya 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxilə edib. Prezident Tramp Helsinkidə birgə mətbuat konfransında Amerika xüsusi xidmətlərinin həmin rəyi və Rusiyanın ABŞ-da keçirilmiş seçkilərə müdaxilə etməsi ehtimalı barədə suala cavab olaraq həmin xüsusi xidmətlərin rəylərini inkar edib və Prezident Putinə daha çox inandığını bildirib. ABŞ ilə Rusiya arasında münasibətlərin pisləşməsinə görə ABŞ-ı günahlandıran Tramp öz tvitter səhifəsində yazıb: “Rusiya ilə bizim münasibətlərimiz heç vaxt indikindən pis olmayıb. Bu, illərboyu ABŞ-ın səfehliyinin və kütbeyinliyinin, bugünkü ifritələr ovunun nəticəsidir”.

Arizona ştatından senator Con Makkeyn öz bəyanatında mətbuat konfransını “Amerika Prezidentinin tarixdə ən biabırçı çıxışlarından biri” adlandırıb. O, həmçinin qeyd edib ki, Prezident Trampın “avamlığı, xudbinliyi, saxta ekvivalentliyi nəticəsində vurulmuş zərəri” hesablamaq çətindir.

Respublikaçılar Partiyasından olan digər senator Ceff Fleyk ABŞ Prezidentini kəskin tənqid edərək, Amerika Prezidentinin Rusiya Prezidenti ilə eyni səhnədə çıxış edərək ABŞ-ı günahlandıracağını heç vaxt təsəvvür etmədiyini bildirib.

Respublikaçılar Partiyasından olan digər qanunvericilər, o cümlədən Nümayəndələr Palatasının spikeri Pol Rayan, Senatın xarici işlər komitəsinin sədri, senator Bob Korker, Nümayəndələr Palatasının xarici işlər komitəsinin üzvü Ed Roys, Nümayəndələr Palatasının nəzarət və hakimiyyət islahatı komitəsinin üzvü Trey Qaudi, senator Liza Murkovski, Senatın kəşfiyyat məsələləri komitəsinin üzvü, senator Rixard Berr və ABŞ Prezidentliyinə sabiq namizəd, senator Marko Rubio da Trampın ünvanına mənfi bəyanatlarla çıxış ediblər.

Tarix
2018.07.17 / 22:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla