Yuxarı

Trampla Ərdoğan arasında sensasiyalı razılaşma - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəcəb Tayyib Ərdoğan Qərblə münasibətlərdə, xüsusilə ABŞ-la bağlı sərinliyi aradan qaldırmaq istiqamətində cəhdlər edir.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, artıq Gülənin ABŞ-dan ekstradiyası ilə bağlı danışıqlar aparılır:

“Bu danışıqların müsbət nəticə verə biləcəyi ehtimal edilir. ABŞ Türkiyədən İzmirdə həbs edilmiş və kəşfiyyatçı kimi təqsirləndirilən keşişi istəyir. Bunun müqabilində isə Türkiyə Gülənin verilməsini tələb edir. Zənnimcə, bu məsələdə qarşılıqlı anlaşma ola bilər. Bu da Türkiyə-ABŞ münasibətlərindəki qarşıdurmanı səngidər. Çünki Gülənin Türkiyəyə verilməsi bir çox məsələlələrə, xüsusilə 15 iyul çevrilişə cəhd məsələlərinə işıq salacaq addım olar”.

Politoloq qeyd edib ki, bugünlərdə Ərdoğanın Putinlə də telefon danışığı olub:

“Putinlə telefon danışığı zamanı Suriyadakı Bəşər Əsəd qüvvələrinin dinc əhaliyə qarşı yönəldilmiş hərəkətləri müzakirə edilib. O zaman Ərdoğan Putinə bildirmişdi ki, əgər Əsəd bu cür hərəkətlərini davam etdirsə, onda biz Astana prosesini dayandıra bilərik. Bu isə Putinə ABŞ-ın başçılığa ilə aparılan Cenevrə konfransına qoşula bilərik eyhamı idi. Çox güman ki, Tramp bu məsələni nəzərə alır. Tramp Suriya məsələlərinin müzakirəsində iki prosesin mövcud olmasının məzmunsuz olduğunu bildirir. Bunun bir proseslə əvəzlənməsini təklif edir. Ola bilər ki, bu istiqamətdə müəyyən razılaşmalar da ortaya çıxsın. Zəif ehtimal da olsa, bunu deyim. Çünki Putinlə Trampın görüşündə, ardıcıl olaraq, həm NATO-nun şərqə doğru irəliləməsi, həm də Suriya prosesləri müzakirə edildi”.

Politoloq vurğulayıb ki, Suriya məsələsində ABŞ Cenevrə prosesinin ağırlıq qazanmasını və Astana prosesinin dayanmasını istəyir:

“Astana prosesinə də əsas məzmun verən tərəf Türkiyədir. İran burada təmsil olunsa da, onun təmsilçiliyi böyük əhəmiyyət kəsb etmir. Tramp çalışır ki, Türkiyəni Astana prosesindən uzaqlaşdırsın. Çünki ABŞ indiyə qədər həm Afrin məsələsində, həm də Menbiç əməliyyatlarında Türkiyəyə yaşıl işıq yandırmışdı. Faktiki olaraq, ABŞ Türkiyəyə Suriya məsələsində ciddi güzəştlər edib. Zənn edirəm ki, Tramp bu güzəştlərin cavabının qaytarmaq vaxtının çatdığını düşünür”.

Politoloqun sözlərinə görə, Suriya məsələsində iki prosesin aparılması Suriya xalqına və Suriya dövlətinə də ciddi zərbə vurur:

“Bu məsələlər bir kontekstdə birləşdirilsə, dövlətlər öz strateji maraqlarını güdmədən burada normal vəziyyətin yaradılmasına cəhd etsələr, bu, ümumi işin xeyrinə ola bilər. Tramp Ərdoğanı artıq özünə müttəfiq görməyə başlayıb”.

Qeyd edək ki, dünən Tramp-Putin görüşündən əvvəl ABŞ Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Tarix
2018.07.18 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla