Yuxarı

İlham Əliyev Fransua Olland ilə görüşüb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın görüşü olub.

"Axar.az"ın Prezidentin rəsmi saytına istinadən məlumatına görə, görüşdə Azərbaycan ilə Fransa arasında siyasi, iqtisadi, energetika və mədəniyyət sahələrində əməkdaşlığın inkişafından məmnunluq bildirildi.

Fransa Prezidenti Fransua Olland Azərbaycanın əldə etdiyi iqtisadi uğurların ölkəsində maraqla izləndiyini vurğuladı. Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd edildi və bu fəaliyyətin gələcəkdə də genişləndiriləcəyinə əminlik ifadə olundu.

İkitərəfli əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı marağın olduğu bildirilən görüşdə Azərbaycan ilə Fransa arasında əməkdaşlığın Avropa İttifaqı çərçivəsində inkişafının əhəmiyyəti qeyd edildi.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.

Tarix
2013.11.29 / 22:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla