Yuxarı

Prezidentdən Matarellanın şərəfinə rəsmi qəbul - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.07.18 - 23:59

İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində iyulun 18-də təltifetmə mərasimi keçirilib.

Axar.az xəbər verir ki, mərasimdə İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycanın ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni, Prezidentin qızı Laura Mattarellanın “Şöhrət” ordeni, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesinin isə “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamları oxunub.

Sərəncamlarda deyilir ki, Prezident Sercio Mattarella Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə, Laura Mattarella ölkələrimizin humanitar əməkdaşlığının, Enzo Moavero Milanesi isə dövlətlərarası münasibətlərin möhkəmləndirilməsində xidmətlərinə görə bu ordenlərlə təltif olunublar.

Dövlətimizin başçısı İlham Əliyev ordenləri təqdim edib.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyanın “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni və birinci xanım Mehriban Əliyevanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeni ilə təltif edilməsi haqqında İtaliya Respublikasının Prezidentinin - “Xidmətlərinə görə” ordenin rəhbərinin 2018-ci il iyulun 12-də imzaladığı sərəncamlar elan edilib.

İtaliya Prezidenti Sercio Mattarella ordenləri təqdim edib.

***

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın şərəfinə rəsmi qəbul təşkil olunub.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və İtaliya Prezidentinin qızı Laura Mattarella rəsmi qəbulda iştirak ediblər.

Dövlət başçıları rəsmi qəbulda çıxış ediblər.

Tarix
2018.07.19 / 00:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla