Yuxarı

İtaliya Bakının səmimi, sadiq tərəfdaşıdır - Mattarella

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu fakt qədim dövrlərdə belə bu ərazinin Aralıq dənizi regionu üçün böyük strateji əhəmiyyət daşıdığını sübut edir. Ölkəmiz tərəfindən həyata keçirilən əhəmiyyətli qərarlardan qaynaqlanaraq son onilliklərdə bu fakt özünü təsdiqləmişdir.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın şərəfinə keçirilən rəsmi qəbulda bildirib.

"Mən çox şadam ki, İtaliya Respublikası Prezidentinin Azərbaycan Respublikasına ilk rəsmi səfəri bu cür əhəmiyyətli dövrə təsadüf edir. Sizin və xanımınızın bizim ölkəyə etdiyiniz səfərlərə qarşılıq vermək üçün mənə şərait yaradan bu səfər Azərbaycan Xalq Cümhuriyyətinin ötən aylarda Roma şəhərində də yüz illiyinin qeyd edilməsindən sonra və İtaliyanın ATƏT-ə dövlətlər arasında dialoq və sülh şəraitində əməkdaşlığa dəstək verilməsi məqsədilə yaradılmış təşkilata sədrliyi ərəfəsində həyata keçirilir.

Millətlər və xalqlar arasında qarşılıqlı etimad bütün dünyada qəbul edilən beynəlxalq hüququn prinsiplərinə hörmətlə birgə inkişafın əsasını təşkil edərək dövlətlər arasında sabitliyin möhkəmlənməsi üçün lazımi şərait yaradan amildir. İtaliya və Azərbaycan 25 ildən çoxdur ki, diplomatik əlaqələr çərçivəsində qeyri-adi inkişafa malik münasibətlərin şahididir. Bu müddət ərzində gələcəkdə də hər bir sahədə əlaqələrimizin güclənməsinə yönəlmiş strateji tərəfdaşlığın toxumlarını səpməklə iki ölkənin qarşılıqlı dostluq və tərəfdaşlığını genişləndirməyə imkan verən mədəni, siyasi-rəsmi və ticari-iqtisadi sahələrdə çox sıx mübadilə şəbəkəsi yaranıb. Qədim və dərin köklərə söykənən qarşılıqlı əlaqələrimiz son onillikdə daha da intensivləşib.

Paytaxt Bakı şəhərindən çox da uzaq olmayan, keçmişin tarixi-memarlıq yaddaşının müasirliyin dinamik izində öz yerini tapdığı ərazidə Azərbaycan bu günədək bizə gəlib çatan latın dilində olan Şərq epiqraflarına sahibidir. Bu fakt qədim dövrlərdə belə bu ərazinin Aralıq dənizi regionu üçün böyük strateji əhəmiyyət daşıdığını sübut edir. Ölkəmiz tərəfindən həyata keçirilən əhəmiyyətli qərarlardan qaynaqlanaraq son onilliklərdə bu fakt özünü təsdiqləmişdir.

Azərbaycan heç bir halda öz ənənəvi mövqeyini dəyişmədən coğrafi və siyasi seçimlər səbəbindən hər zaman diqqət mərkəzində İtaliyanın da aid olduğu məhz böyük Aralıq dənizi ölkələrinə daha da yaxın olmağı seçdi.

Biz Azərbaycanın bu gününə və gələcəyinə Avropa İttifaqı ilə Azərbaycan arasında əhəmiyyətli əlaqələrin qurulması, Azərbaycan və Şimali Atlantika İttifaqı arasında mövcud məhsuldar əməkdaşlıq ilə möhkəmlənmiş yuxarıdakı seçim prizmasından baxırıq.

Qarşımızda duran mürəkkəb çətinliklər dinlər və mədəniyyətlər arasında sülh şəraitində birgəyaşayışı qorumağa ehtiyac olduğunu vurğulayan bir mühitdə regionda sabitliyin davamlılığına yönəlmiş əlaqələrin möhkəmləndirilməsinə şərait yaradır. Bu sahədə Azərbaycanın nümayiş etdirdiyi nümunə qiymətlidir.

Cənab Prezident, illərdir ki, ölkələrimiz çoxtərəfli və xüsusən də ikitərəfli əməkdaşlığımızda mühüm əhəmiyyətə malik energetika və sənaye sektorlarında uğurla əməkdaşlıq edir. Xüsusi məmnunluq hissi ilə qeyd etmək istərdim ki, İtaliya ilə Azərbaycan arasındakı münasibətlər, iqtisadi cəhətdən mövcud əhəmiyyətli əlaqələr zəifləmədən və ya məhdudlaşmadan illər ərzində dərin mədəni və sosial dəyərlərlə zənginləşmişdir.

Biz son illər ərzində azərbaycanlı tələbələrə verilən təhsil vizasının sayının iki dəfədən çox artmasını xüsusi olaraq cəsarətləndirici hal hesab edirik. Bu cür inkişaf bizi fərəhləndirir. Biz fəal şəkildə Azərbaycanın gənc istedadlarını yetişdirməyi, onlara təhsil və gənclərimizlə təcrübə mübadiləsi imkanları yaratmaqla gələcəkdə də həmin inkişafı davam etdirməyi düşünürük.

Mədəni sahədə əlaqələr hər iki tərəf üçün mühüm əhəmiyyət daşıyır. Ölkələrimizin elm və mədəniyyət qurumları arasında mövcud əməkdaşlığın bəhrəsi olan yüksək profilli və əhəmiyyətli layihələr vasitəsilə də İtaliya bu əlaqələri daha da dərinləşdirmək niyyətindədir.

Cənab Prezident, Azərbaycanın paytaxtı ziyarətçilərə mədəni və tarixi memarlıq baxımından bəşəriyyətin mədəni irsi çərçivəsində haqlı olaraq tanınan, cəlbedici və hərtərəfli fərqlilik nümayiş etdirir. Gənc və istedadlı xalqın əhəmiyyətli potensialı ilə birləşən varislik sülhə, dünyaya açıqlığa, dialoqa və tərəqqiyə əsaslanan gələcək qurmağa yönələn dəyərli bir irsi təşkil edir.

İtaliya Azərbaycanın səmimi, qətiyyətli və sadiq tərəfdaşı olmağa davam edəcək", - İtaliya prezidenti qeyd edib.

Tarix
2018.07.19 / 01:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla