Yuxarı

"Qarabağla bağlı Fransanın mövqeyi ondan ibarətdir ki..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasına səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərin yeni inkişaf mərhələsinə daxil olmasını şərtləndirir. Həm siyasi dialoqun, həm ticari-iqtisadi münasibətlərin inkişafı, həm də humanitar sahədə əlaqələrin bundan sonrakı dinamikası üçün bu səfərin böyük əhəmiyyəti var.

Axar.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Elman Nəsirov bildirib ki, hər səfərə qiymət verərkən, ilk növbədə, müzakirə olunan məsələlər, əldə edilmiş razılaşmalar diqqəti cəlb edir. Məsələyə bu kontekstdə yanaşdıqda Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri zamanı 11 nəhəng şirkətin rəhbərlikləri ilə keçirilən görüşlər diqqəti cəlb edir. Xüsusilə də “Ümid-Babək” yatağı ilə bağlı Fransanın nəhəng “Total” şirkəti ilə aparılan danışıqlar bu baxımdan olduqca əhəmiyyətlidir. Nəzərə alsaq ki, hələ 1993-cü ildə ulu öndər Heydər Əliyev Fransaya ilk rəsmi səfəri zamanı “Total” və “Elf–Aquitaine” şirkətlərinin Azərbaycan neftinin istismarına cəlb edilməsi prosesinə nail olmuşdur, Prezident İlham Əliyev də həmin siyasətə sadiq qalaraq Fransa ilə enerji sahəsində əməkdaşlıq məsələlərinə xüsusi əhəmiyyət verir. Bu nöqteyi-nəzərdən aparılan danışıqlar böyük iqtisadi və siyasi əhəmiyyətə malikdir. Bundan başqa, Fransanın “Rothschild and Co” şirkəti ilə danışıqlar xüsusi qeyd edilməlidir. Bu şirkətin hələ XIX əsrdə Azərbaycanın enerji sənayesində çox fəal iştirakı olub və həmin ənənənin XXI əsrdə də davam etməsinin şahidiyik. Eyni zamanda, Fransanın nəqliyyat, kosmik və digər sahələrlə bağlı şirkətləri ilə də çox mühüm danışıqlar aparıldı. Söhbət 11 böyük şirkətlə aparılan və dəyəri 2 milyard dollardan çox ölçülən müqavilələrdən gedir. Bunlar olduqca əhəmiyyətli məsələlərdir. Eyni zamanda, səfər çərçivəsində Azərbaycan Prezidentinin Fransa Senatının və Milli Assambleyasının sədləri ilə görüşləri növbəti dəfə göstərdi ki, bizim əlaqələrimiz həm də parlamentlərarası əməkdaşlıq sahəsində kifayət qədər ciddi əsaslara malikdir. Parlament sahəsində münasibətlərimizin möhkəm bünövrəsi, yaxşı perspektivləri var. Birinci vitse-prezident Mehriban Əliyevanın hələ Milli Məclisin deputatı olarkən Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupuna rəhbərlik etməsinin uğurlu nəticələri olub. Məhz Mehriban xanım Əliyevanın sayəsində parlamentlərarası əməkdaşlığı yeni mərhələyə daxil olub.

E.Nəsirov deyib: “Azərbaycan Prezidentinin iyulun 20-də Fransanın Prezidenti Emmanuel Makron ilə danışıqları bir daha göstərdi ki, ölkələrimiz arasında müxtəlif sahələrdə münasibətlərin inkişafı üçün geniş imkanlar var. Makron ilə danışıqlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi də müzakirə olundu. Bu məsələdə Fransanın rəsmi mövqeyi bir daha bəyan edildi. Mövqe ondan ibarətdir ki, Fransa bu münaqişənin beynəlxalq hüquq çərçivəsində həllini dəstəkləyir. Eyni zamanda, münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrı əsasında tənzimlənməsində maraqlıdır. Bu qətnamələrdə məlum olduğu kimi, söhbət Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə və qeyd-şərtsiz çıxarılmasından gedir. Faktiki olaraq, Fransa Prezidenti rəsmi Parisin münaqişənin həllində hansı prinsiplərə üstünlük verdiyini nümayiş etdirdi. Makron bir daha qeyd etdi ki, o, özü bu tənzimləmə prosesinin həyata keçirilməsində olduqca maraqlı tərəfdir. Nəzərə alsaq ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr dövlətidir, eyni zamanda, Fransa Prezidentinin məlum yanaşması Azərbaycan tərəfinin diplomatik uğuru kimi də dəyərləndirilə bilər. Xatırladım ki, Makron prezident seçildikdən sonra 150 ölkədən olan diplomatlarla görüş keçirdi. Həmin görüşdə o, dövlətinin xarici siyasət prioritetlərini açıqladı və əsas 4 istiqamət üzərində dayandı: təhlükəsizlik, iqtisadi stabillik, dəyərlər və ümumi rifah. O, bu prinsipləri müdafiə edəcəyini bəyan etdi. Azərbaycan həmin sahələrdə böyük nailiyyətlər əldə edib. Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Bu baxımdan, Fransa üçün bu çox maraqlı məqamdır. Azərbaycanda iqtisadi stabillik var, bu da Makron üçün olduqca vacib məqamdır. Dəyərlərə gəldikdə, Azərbaycan multikulturalizm dəyərlərini təbliğ edir. Multikulturalizm bizim həyat tərzimizdir, dövlət siyasətidir. Bütün bunları nəzərə alsaq, Azərbaycan Fransa üçün böyük məna kəsb edir”.

Deputat qeyd edib ki, Azərbaycan meqalayihə olan Cənub Qaz Dəhlizinin reallaşmasında həlledici tərəfdaşdır, təşəbbüskar dövlətdir. Artıq “Cənub Qaz Dəhlizi” layihəsinin dörd komponentindən üçü reallaşıb. Söhbət “Şahdəniz”, TANAP və Cənubi Qafqaz Boru Kəmərindən gedir. TAP layihəsinin reallaşması isə 2019-cu ilin sonlarına planlaşdırılır. Fransa onun fərqindədir ki, həqiqətən də Azərbaycan bu gün Avropa üçün yeni alternativ enerji mənbəyinə çevrilib. Avropanın ildə təxminən 500 milyard kubmetr qaza ehtiyacı var. Onun təxminən 150 milyard kubmetrini Rusiya ödəyir. Azərbaycan yeni alternativ mənbə kimi ilkin mərhələdə 16 milyon kubmetr qaz ixrac etmək istəyir, onun da 10 milyardı məhz Avropa üçün nəzərdə tutulub. Bu nöqteyi-nəzərdən Azərbaycan Avropa üçün çox yaxın tərəfdaşdır. Eyni zamanda, Azərbaycan dövlətinin yürüdüyü enerji siyasəti həm də ona gətirib çıxarır ki, Cənub Qaz Dəhlizi xətti boyu yerləşən müxtəlif dinlərin və mədəniyyətlərin daşıyıcıları bir-biri ilə sıx əlaqədə olur.

Elman Nəsirov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Fransaya səfəri həm də Avropa İttifaqı-Azərbaycan münasibətlərinin bundan sonrakı inkişafı üçün yeni imkanlar yaradır. Bir sözlə dövlətimizin başçısının Fransaya səfəri bir daha onu göstərdi ki, Azərbaycan düşünülmüş, dinamik xarici siyasət həyata keçirir. Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığa söykənən, bir-birinin daxili işlərinə qarışmama prinsipinə əsaslanan siyasət həyata keçirir. Həmin siyasət sayəsində bu gün Fransa ilə münasibətlərimiz inkişaf edir. Azərbaycanla Fransanın əməkdaşlığına dair imzalanan sənədlər bir daha göstərir ki, ölkələrimiz arasında əlaqələr yaxşı perspektivlərə malikdir.

Tarix
2018.07.21 / 20:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla