Yuxarı

Nüvə fəlakətinin izləri aşkar edildi: Şərabda...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2011-ci ildə Yaponiyanın “Fukusima-1” atom elektrik stansiyasında (AES) baş vermiş nüvə fəlakətinin izləri yeddi il sonra ABŞ-ın Kaliforniya ştatında istehsal olunan şərab məhsullarında aşkar edilib.

Axar.az xəbər verir ki, "Nyu York Tayms" qəzetində dərc olunmuş məqalədə fransız nüvə fiziklərinin Şimali Kaliforniyada istehsal olunmuş şərab məhsullarında Fukusima fəlakətinin izlərinə rast gəldikləri bildirilir. Alimlərin “Fukusima-1” AES-də baş vermiş qəzadan sonra satışa verilmiş 18 şərab şüşəsində apardığı tədqiqat zamanı radioaktiv maddələrin normadan artıq olduğu aşkar edilib. “Cabernet” şərabında isə bu göstəricilər normadan iki dəfə çox olub.

Fransız Tədqiqat Mərkəzinin fiziki Mikael Pravikoff bildirib ki, onun daxil olduğu tədqiqat qrupu bütün dünyada şərab məhsullarında radioaktiv maddələrin miqdarını ölçməklə məşğuldur. “Soyuq müharibə” dövründə ABŞ və SSRİ-nin nüvə sınaqları, habelə Çernobıl nüvə fəlakəti zamanı bu məhsullarda “cesium-137” adlanan və yalnız nüvə partlayışları nəticəsində meydana gələn radioaktiv izotopların miqdarı daha çox olub.

M.Pravikoff əlavə edib ki, Dünya Səhiyyə Təşkilatının hesabatlarında “cesium-137” izotopunun insan orqanizminə daxil olması nəticəsində xərçəng xəstəliyi riskinin artması göstərilib.

Tarix
2018.07.21 / 20:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla