Yuxarı

Putinin Trampa "separat" təklifi: real ola bilərmi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Separatizmə verilən istənilən dəstək beynəlxalq hüquq prinsiplərinin pozulması ilə yanaşı, bəşəriyyətə qarşı ən böyük cinayətdir.

Bu sözləri Axar.az-a Rusiya Prezidenti Vladimir Putinin ABŞ lideri Donald Trampa Donbasdakı vəziyyəti referendum yolu ilə tənzimləməyi təklif etməsi barədə yayılan xəbərə münasibət bildirən analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, bu məlumat rəsmi şəkildə yayılmayıb:

“Bu, sadəcə olaraq, diplomatik mənbələrə istinadla verilən məlumatdır. Onun nə dərəcədə əsaslı olduğunu deyə bilmərəm. Amma Ukrayna qanunvericiliyinə görə, bu ölkənin hər hansı bir ərazisində referendumun keçirilməsi mümkün deyil. Ukrayna unitar dövlətdir və belə bir referendumun keçirilməsi Ukrayna Konstitusiyasının kobud şəkildə pozulmasıdır. Nəzərinizə çatdırım ki, referendumla bağlı ən yaxın iki presedentə istinad etmək daha doğru olardı. Bunlardan biri İraqdakı Kürd Muxtariyyətinin referendum keçirməklə müstəqilliyini elan etmək cəhdidir. İkincisi isə Kataloniyada keçirilən referendum və İspaniya mərkəzi hakimiyyətinin bu referendumun nəticələrini ləğv etməsi, eyni zamanda separatçıları hüquqi məsuliyyətə cəlb etməsi ilə bağlıdır. Bu iki əsas presedent dövlətlərin ərazi bütövlüyünü poza biləcək addımların yolverilməz olduğunu sübuta yetirir”.

Analitik vurğulayıb ki, Donbasda belə bir referendumun keçirilməsi mümkün olmayacaq:

“Qənaətimə görə, əgər elə bir müzakirə olubsa, iki dövlət başçısının görüşündə daha çox son dövrlərdə nəzərə çarpan presedentlərə istinad etmək lazımdır, nəinki soyuq müharibədən sonrakı dönəmdə güc mərkəzlərinin stimullaşdırdığı separatik hərəkatlara. Çünki bu, separatik hərəkatlara ümumi imkanların tanınması olardı. Dağlıq Qarabağda oxşar addımın atılması inandırıcı görünmür. Çünki Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınan ərazisidir. O cümlədən, Rusiyanın özü də Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. BMT qətnamələrinə səs verən dövlətlərdən biri də məhz Rusiyadır. Bu baxımdan da bizə maraqlı olan faktor beynəlxalq hüquq və beynəlxalq hüquqa münasibətdə dövlətlərin davranışlarıdır. Hətta əgər belə bir yanaşma tərzi ortalıqda olsa belə, qeyd etdiyim kimi, son dövrlərdə nəzərə çarpan iki əsas presedentə istinad edilməlidir. Ondan öncəki presedentlər, yəni Şimali Osetiya və Abxaziya ilə bağlı atılan addımlar qeyri-qanunidir, ilhaqdır, işğaldır. Bu işğalın mütləq aradan qaldırılacağını düşünürəm. Əgər bu baş verməzsə, oxşar separatçı hərəkatlar Rusiyanın öz daxilində də baş qaldırıla bilər”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampa Donbasdakı vəziyyəti referendum yolu ilə tənzimləməyi təklif edib. Bu barədə “Blumberq” gizli mənbələrə istinadla yazıb.

Tarix
2018.07.22 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla