Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
12 Dekabr 2017


İrandakı zəlzələ tektonik silahla törədilib – Sensasiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Buşəhr yaxınlığında bir-birinin ardınca baş verən zəlzələlər təbiət hadisəsi deyil, supergüclərin İrana qarşı istifadə etdiyi tektonik silahların nəticəsidir".

Bu sözləri məlum səbəbdən adının açıqlanmasını istəməyən tanınmış azərbaycanlı alim "Axar.az"a İranın Buşəhr vilayətində 28 noyabr tarixində 8 nəfərin ölümü, 190-dan çox insanın yaralanması ilə nəticələnən 6,1 ballıq zəlzələni şərh edərkən bildirib.

Alimin sözlərinə görə, İranın ən böyük Atom Energisi Stansiyasının yerləşdiyi Buşəhrdə bir-birinin ardınca baş verən zəlzələlər təsadüfü deyil: "Necə olur ki, 2010-cu il avqustun 10-da açılışı edildikdən və bütün dünyanın diqqəti Buşəhrə yönələndən sonra bu şəhər və onun ətrafında zəlzələlərin sayı görünməmiş səviyyədə artır? Əvvəlki illərdən fərqli olaraq, məhz son 3 ildə İranda zəlzələlərin sayı bir neçə dəfə çoxalıb və onların böyük hissəsi Buşəhr vilayətində, Buşəhr Atom Stansiyasının yaxınlığında baş verir".

Həmsöhbətimiz dediklərinə sübut kimi yalnız 2013-cü ildə Buşəhr ərazisində onlarla zəlzələnin olduğunu qeyd etdi ki, bunların da 2-si dəhşətli dağıntılarla və tələfatla müşayiət olunub:

1) 9 aprel 2013: Buşəhr vilayətində 6,1 bal. 39 ölü, 1000 yaralı, külli miqdarda tələfat. İran matəm elan edir.

2) 13 aprel 2013. Buşəhr yaxınlığında, Kaki və Şonbey şəhərləri. 4,1 bal.

3) 24 aprel 2013. Eyni gündə İranda 3 təkan, biri Buşəhrdə, 4,7 bal.

4) 29 aprel 2013. Kaki də daxil olmaqla, Buşəhr ətrafındakı şəhərlərdə 8 ardıcıl zəlzələ – 1,4-3,3 bal arasında

5) 2 may 2013. Buşəhr yaxınlığı, Kaki, 4,8 bal.

6) 6 may 2013. Buşəhr yaxınlığı, Kaki. 5,1 bal.

7) 9 may 2013. Buşəhr, 4 bal gücündə ardıcıl təkanlar.

8) 24 may 2013. Kaki, 3,9 bal.

9) 23 iyun 2013. Buşəhr vilayətində, Dəşti və Dəştistanda 4 bal gücündə 2 təkan.

10) 11 avqust 2013, iki ardıcıl təkan. Buşəhrdən 90 km aralıda.

11) 1 oktyabr 2013. Buşəhrin 65 km-dəki Borazcan vilayəti. 4,2 bal.

12) 22 oktyabr 2013. Buşəhrdən 20 km məsafədə, 4,2 bal.

13) 24-25 oktyabr 2013. Buşəhrdə 3,4 bal gücündə 3 təkan.

14) 28 noyabr 2013. Buşəhrdə, 6,1 bal. İlkin məlumat: 8 ölü, 193 yaralı, yüzlərlə dağıntı, külli miqdarda ziyan.

Alimin bildirdiyinə görə, bu, yalnız Buşəhrdə, 2013-cü ildə olan natamam siyahıdır: "Bu siyahı tam deyil və əksəriyyətini İran hakimiyyəti gizlədir. Həmçinin tələfatı gizlətməsə də, zəlzələlər zamanı dağıntılar barədə də İran məlumat vermir".

Tədqiqatçı əsas hədəfin Buşəhrlə İrana görk vermək olduğunu dedi: "Hələ "Altılıq"la ilkin razılıq o demək deyil ki, bütün məsələlər qaydasına düşdü. Bu ərəfədə Şanxay təşkilatı – İranın əsas neft idxalçıları Çinin başçılığı ilə toplaşdı, sanki Avropa Birliyinin Şərq Tərəfdaşlığına alterntiv olduqlarını göstərmək istəyirdilər. Dünyanın iqtisadi baxımdan yenidən bölüşdürülməsi prosesi gedir: Avropa və ABŞ Şanxay təşkilatının – Çinin enerji qaynağını, yəni İranı əlindən almaq və perspektivdə dünya ağalığına iddialı olan bu ölkəni ram etmək istəyir, Rusiya bu bölgüdə müəyyən güzəştlərə razıdr, amma öz fövqəlgücünü də qəbul etdirməkdə israrlıdır. Belə şəraitdə İranı daha da zəif düşürmək və təklifləri sürətlə qəbul etdirmək vacibdir. Ona görə də supergüclər tektonik silahlardan istifadəni davam etdirirlər".

Müsahibimiz bi silahların yeraltı süxurlar müəyyənləşdirməklə, tamamilə uzaq ərazidən istifadə olunduğunu da bildirdi: "Bəzi ehtimallara görə, bu silahlar hələ istənilən dəqiqliklə işləmir. Ancaq mən belə düşünmürəm. Son hadisələr göstərdi ki, təbiət hadisəsini yaratma gücündə olan bu silahlar artıq kifayət qədər təkmilləşib və hədəfə dəyir".

Araşdırmaçı alim ABŞ Dövlət katibi Con Kerrinin "İrana sanksiyaları gücləndirmək və neft satışını məhdudlaşdırmaq prosesini dayandırdıq, amma bu o demək deyil ki, onun ixracına şərait yaradacağıq. Altı ay müddətində sanksiyların yumşaldılması yox, daha da gücləndirilməməsi müzakirə mövzusudur. Yalnız 6 aydan sonra İran atom silahı əldə etmək istəmədiyini sübuta yetirərsə, ondan sonra sanksiyalar yumşaldılacaq", sözlərini də təsadüf hesab etmir. Onun sözlərinə görə, ABŞ bunun müqablində öz neftini təklif etməklə, dünya bazarında neftin qiymətinin qaxlmamasını, əksinə, ucuzlaşmasını təmin edir. Nəticədə isə Avropa Birliyi ölkələrinin İran neftinə tamah salaraq, yumşalmasının qarşısını alır və strateji planlarını davam etdirir.

"İran bu iqtisadi-siyasi və gizli hərbi-tektonik hücumların qarşısında acızdir" deyən müsahibimizin sözlərinə görə, tektonik hücum yenə də davam edəcək:

"İran tamamilə siyasi-iqtisadi kursunu dəyişənə və Çinin enerji mənbəyi rolundan imtna edənə qədər, zəlzələlər dayanmayacaq".

Tarix
2013.11.30 / 10:20
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

O, türk dünyasının ən böyük liderlərindəndir - Özoral

Qalib Putin Suriyadan niyə çıxdı? – Mühüm səbəblər

Ermənilər Cəbrayıla köçürülür: Lavrovun məqsədi…

Trampın Qüds qərarı Putinə yeni yollar açır

Həmsöhbətinin səsini yaza, istifadə edə bilərsiniz - Ekspert

Rusiya kompromisə gedir - Politoloq

Heydər Əliyevin dərcinə qadağa qoyulan - Müsahibəsi

Putin Ərdoğana sürpriz etdi - Politoloq

İlham Əliyev 8 sərəncam, 2 fərman imzaladı

Ukrayna böhranla üzləşəndə Heydər Əliyev... - Kuryaçi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla