Yuxarı

İrəvanın qorxulu röyası gerçəkləşir: Rusiya və İran...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan rəhbərliyi populist bəyanatlara üstünlük verməklə vaxt udmağa çalışır.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

“Ermənistan rəhbərliyi populist bəyanatlara üstünlük verməklə vaxt udmağa çalışır. Bu da özlüyündə Dağlıq Qarabağ məsələsinin həllini çətinləşdirir. Ancaq reallıqda ermənilər müharibədən çox ciddi şəkildə ehtiyat edirlər və bunun reallaşa biləcəyindən narahatdırlar. İrəvanın əsas marağı danışıqlar prosesinə dair hansısa gözləntilərin formalaşdırılmasından ibarətdir. Ermənistan Azərbaycanla real danışıqlara hazırdırsa, onda ilk növbədə öz daxili ictimaiyyəti üçün fərqli siqnallar, bəyanatlar verməlidir. Ancaq onların bəyanatları reallıqdan çox uzaqdır”, - T.Zülfüqarov bildirib.

Sabiq nazir hesab edir ki, hazırda dünyada baş verən geosiyasi proseslər də Dağlıq Qarabağ probleminin həllinin yubanmasına səbəb olur:

“İran problemi getdikdə daha da kəskinləşir, eyni zamanda, Rusiyaya qarşı sanksiyalar və təzyiqlər də genişlənir. Bu fonda əlbəttə ki, regionda böyük nüfuza malik olan ölkələrin münaqişəli problemlərlə məşğul olmağa imkanları və həvəsi azalır. Erməniləri də narahat edən elə məhz bu məsələdir. Çünki onlar başa düşürlər ki, Rusiya artıq Ermənistana öz marağını itirir. Ona görə də öz işğalçı siyasətlərini hansısa şəkildə davam etdirməyin yollarının axtarışındadırlar. Bu da regionda olan ümumi böhranın bir örnəyi, versiyası kimi qəbul olunmalıdır. Əgər Ermənistan münaqişənin həllini istəyirsə, ilk növbədə onun təbliğatını dəyişməli, ictimaiyyətə populist şüarlar verməkdən vaz keçməlidir. Təəssüf ki, hələ bu baş vermir”.

Tarix
2018.08.08 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla