Yuxarı

Səlim Müslümov: “Cəzalandırma davam edəcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İlk tələb etdiyim məsələ Tibbi-Sosial Ekspert komissiyalarında mövcud qüsurların aradan qaldırılmasıdır.

Dünən mətbuatda da müvafiq komissiyanın 14 rəhbərinin işdən azad edildiyi haqda məlumat verildi. Biz statistik göstəricilər əsasında orta respublika göstəricisindən mənfi istiqamətdə yuxarı göstəricilərə malik olan komissiyaların sədrlərini cəzalandırdıq. Bu proses davam edəcək".

Bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib.

O bildirib ki, 17 700-dən artıq şəxs yerlərdə TSEK-lərdə müayinələrdən keçib və onlara əlillik verilməsi barədə qərar qəbul olunub: "Pensiya almaq üçün Dövlət Sosial Müdafiə Fondu və ya yerli orqanlardan müavinət almaq məqsədilə onlara sadəcə arayış verilməli idi. Amma bu sənəd onlara verilməyib. Onların içində 2011-ci ildən qalan onkoloji, dializ, hətta birinci qrup xəstələr var idi. Biz təcili surətdə bu məsələ ilə məşğul olduq. Bir gündə 2 280-dən artıq şəxsə müvafiq arayışın verilməsi təmin olundu".

S.Müslümov əlavə edib ki, digər 15 mindən artıq şəxsin işlərinə isə demək olar ki, 5 gün ərzində baxılıb: "Təxminən 10 mindən çox işə baxılıb. Bu nə çətin məsələ idi ki, insanları 2 il süründürüblər?"

Nazir qeyd edib ki, ümumiyyətlə, arayışların verilməsi, ünvanlı sosial yardımların təyin olunması avtomatlaşdırılacaq və digər məsələlərə yeni baxış, yeni yanaşma olacaq.

Tarix
2013.11.30 / 13:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla