Yuxarı

Prezident sərəncamı: yeni agentlik hansı işləri görəcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) yaradılmasında əsas məqsəd əhaliyə göstərilən sosial xidmətlərin yaxşılaşdırılması, keyfiyyətin yüksəldilməsi, əhalinin məşğulluq təminatı və əlillik problemlərinin həlli, yerlərdə sosial xidmət, ünvanlı sosial yardım, pensiya və müavinətlərin təyini məsələlərinin operativ şəkildə həll edilməsidir.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev Prezident İlham Əliyevin DOST agentliyinin yaradılması ilə bağlı imzaladığı sərəncam barədə danışarkən söyləyib. O, sözügedən agentliyin vətəndaşların rahatlığının təmin edilməsi üçün əlverişli imkanlar yaradacağını deyib:

“Regionlarda agentliyin şöbələri yaradılacaq və vətəndaşlar bir bina daxilində bütün bu xidmətlərdən yararlana biləcəklər. Elektron hökumət çərçivəsində bu sahənin də elektronlaşdırılması prosesi gedir. Elə bir şərait yaradılacaq ki, bəzi hallarda vətəndaşlar evindən çıxmadan yalnız elektron formada müraciət edərək, öz problemlərinin hamısını həll edə biləcəklər”.

Millət vəkilinin sözlərinə görə, yeni agentlik bürokratiyanın aradan qaldırılmasında əhəmiyyətli dərəcədə rol oynayacaq:

“DOST agentliyinin yaradılması ilə bürokratiya halları bütünlüklə aradan qaldırılacaq. Beləliklə, ölkədə bir sıra müasir sivil ölkələrin tətbiq etdiyi sosial xidmət modeli qurulacaq. Hesab edirəm ki, bu agentlik təxminən ASAN Xidmətin təcrübəsindən bəhrələnərək yaradılan bir sosial xidmət növü olacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təşkili, DOST mərkəzlərinin yaradılması və əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2,0 (iki) milyon manat ayrılması barədə sərəncam imzalayıb.

Tarix
2018.08.10 / 14:30
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla