Yuxarı

Bu, Bakıya verilən önəmin göstəricisidir – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

YUNESKO-nun növbəti sessiyasının Azərbaycanda keçirilməsi təşkilatın ölkəmizə böyük önəm verdiyini göstərir.

Bunu Axar.az-a Prezident İlham Əliyevin YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında sərəncamına münasibət bildirən millət vəkili Aydın Mirzəzadə deyib. YUNESKO-nun əhəmiyyətinə görə, dünyanın ən nüfuzlu təşkilatlarından biri olduğunu qeyd edən millət vəkili vurğulayıb ki, Azərbaycan bu təşkilatın fəaliyyətində çox yaxından iştirak edir:

“YUNESKO-nun növbəti sessiyasının Azərbaycanda keçirilməsi təşkilatın ölkəmizə böyük önəm verdiyini göstərir. Hörmətli Birinci vitse-prezident Mehriban Əliyeva Milli Məclisin deputatı olarkən YUNESKO-nun fəaliyyətində aktiv iştirak edib, YUNESKO xətti ilə Azərbaycanın tarix və mədəniyyətinin dünyaya tanıdılmasına, eyni zamanda, bu cür tədbirlərin Bakıda keçirilməsinə öz töhfəsini verib. Təşkilatın 200-ə qədər üzvü var və onun mötəbər tədbirinin Bakıda keçirilməsi ölkəmiz üçün əhəmiyyətli hadisədir. Tədbir çərçivəsində YUNESKO-ya üzv olan ölkələrin nümayəndələri Azərbaycana gələrək ölkəmizlə daha yaxından tanış olacaqlar, Azərbaycan reallıqları ilə birbaşa təmasda olacaqlar. Azərbaycanın Dağlıq Qarabağ həqiqətlərinin dünyaya obyektiv çatdırılmasında, Azərbaycanın hüquqi dövlət kimi qarşısında duran problemlərin həllindəki fəaliyyəti ilə tanış olacaqlar”.

Millət vəkili bildirib ki, sözügedən tədbir sayəsində Azərbaycanın bugünkü inkişaf modeli dünyanın bir çox ölkələri üçün nümunə olacaq:

“Tədbirin yüksək səviyyədə keçiriləcəyinə və ən önəmlisi dünyanın bir daha Azərbaycanın mədəniyyəti ilə tanış olmasına mühüm imkanların yaradılacağına şübhə yoxdur. Bu, təkcə dövlət tədbiri deyil, eyni zamanda, böyük bir ictimai tədbirdir. Hər bir Azərbaycan vətəndaşı bu tədbirin ölkəmizdə keçirilməsini alqışlayır və bir vətəndaş kimi onun yüksək səviyyədə keçirilməsinə öz töhfəsini verməyə hazırdır”.

Qeyd edək ki, Prezident İlham Əliyev YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Tarix
2018.08.10 / 16:39
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla